Qlaukoma
Qlaukoma – Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlikdir. Xalq arasında göz təzyiqi və ya qarasu olaraq adlandırılan qlaukoma dünyada 45 milyon insana təsir etmiş bir göz xəstəliyidir. Müalicə edilmədiyi halda korluq ilə nəticələnir. Xəstəliyin müalicəsi zamanı əsas məqsəd gözdaxili təzyiqin normada saxlanılması və artmasına imkan verilməməsidir. Yaş, nəsildə və ya ailədə qlaukomanın olması və şəkər xəstəliyi kimi hallar qlaukomanın formalaşması üçün əsas risk faktorlarından hesab olunur. 40 yaşdan yuxarı hər 40 nəfərdə bu xəstəliyə rast gəlinir. Bu xəstəlikdən əziyyət çəkən hər 20 nəfər isə görmə qabiliyyətini itirir. Qlaukomanın yaranmasının əsas səbəblərindən biri insanların həddindən artıq günəş şüalarına məruz qalmasıdır. Günəş işığı və isti mühit qlaukomanın yaranmasına birbaşa səbəb olur.
YARANMA SƏBƏBİ
İnsan gözündə olan maye gözün qidalanması üçün əsaslı əhəmiyyət daşıyır. Bu maye eyni zamanda müntəzəm şəkildə kanallar vasitəsi ilə xaric olunur. Qlaukoma göz daxilində olan mayenin rahat boşala bilməməsi nəticəsində yaranır və əsasən mayenin boşalmasının təmin edən kanalları zədələyir. Göz daxilində olan mayenin kənara atıla bilməməsi nəticəsində göz təziqi yüksəlir və təziqin yüksəlməsi nəticəsində görməni təmin edən sinir hüceyrələrinin inkişafı əngəllənir. Göz təziqinin yüksəlməsi nəticəsində qabaqlayıcı tədbirlər görülmədiyi halda insanın görməsində daralmalar başlayır. Görüş məsafəsinin daralması ədətən ətrafdan mərkəzə doğru olmaqla inkişaf edir. Proses bütün hüceyrələrin məhv olmasına qədər davam edir və bütün hüceyrələr öldükdən sonra insanda ömürlük korluq halı baş verir.
Müalicəsi
Qlaukoma xəstəliyinin tam müalicəsi yoxdur. Buna baxmayaraq modern tibb dünyası xəstəliyinin müalicə edilməsində ildən-ilə yeni uğurlar əldə etməkdədir. 1970-ci ildə qlaukoma xəstələri üçün cəmi 1 göz damcısı kəşf edilsədə 2014-cü il üçün bu rəqəm 75-dən çoxdur. XX əsrdə qlaukoma üçün olan göz damcılarını gündə bir necə dəfə gözə damızdırmaq lazım gəlirdisə hal-hazır ki, göz damcılarının daha güclü tərkibinə malik olması səbəbindən 12 saatdan bir gözə tökülməsi kifayət edir. Qlaukoma xəstəliyinin müalicəsi üç mərhələyə bölünür; Dərman müalicəsi, lazer əməliyyatı və cərrahi əməliyyat. Dərman müalicəsi xəstəliyin ilk mərhələsində olan şəxslərə tətbiq edilir. Gözə tökülən dərmanlarla göz daxili təzyiqin stabil saxlanılmasına çalışırlar. Dərman müalicəsinə müsbət cavab verməyən və yaxud xəstəliyin daha sonrakı mərəhələlərində olan şəxslər üçün isə lazer əməliyyatı gecəkləşdirilir.
Lazer və ya cərahiyyə əməliyyatlarda göz daxili mayenin rahat boşala bilməsi üçün gözün daxilində əlavə kanallar açılər. Qlaukoma xəstəliyinin müalicəsi olmadığından aparılan müalicə tədbirlərində əsas məqsəd vəziyyətin inkişaf etməsinin qarşısının alınması və ya olduğu kimi saxlanılmasıdır. Qlaukoma xəstələri üçün mühüm olan məsələlərdən biridə göz damcılarının düzgün və vaxtı-vaxtıda istifadə olunmasıdır. Son illər bu sahədə əldə olunan yeni uğurlar sahəsində keçirilən lazer əməliyyatları göz damcılarından istifadəsiz bir həyat vəd etməkdidir. Belə ki, uğurla başa çatan əməliyyatın ardından bir qlaukoma xəstəsi bir necə il göz damcısı tökmədən göz daxili təziqini normada saxlaya bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qlaukoma" haqqında müzakirə