Tetanus

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 137 677
  • 0 rəy

Tetanus – yoluxucu xəstəlik olub, Clostridium tetani tərəfindən ifraz edilən toksin nəticəsində əzələlərin lokal və ya ümumi yığılması ilə xarakterizə olunur.
Epidemiologiyası:
Xəstəlik travmalarla əlaqədar baş verir. İnfeksiyanın giriş qapısı zədələnmiş dəri örtüyü və selikli qişalardır. Adətən aşağı ətraflardakı mikrotravmalalar sahəsindən orqanizmə daxil olur. Tetanusun zəhəri sinir sisteminə tormozlayıcı təsir göstərir. Mərəzi və periferik sinir sistemində patomarfoloji dəyişikliklər aşkar olunur.
Klinikası:
Inkubasiya dövrü 5-10 gündür. Bu dövr 3 günə qədər qısala və ya 3 həftəyə kimi uzana bilər.
Tetanusun başlanğıc əlamətlərindən biri çeynəmə əzələlərinin gərginliyi və qıcolmalarla yığılmasıdır. Mimiki əzələlərin yığılması nəticəsində üz ozünəməxsus ifadə alır – sardonik gülüş ifadə olunur. Udlaq əzələsinin parezi nəticəsində udma çətinləşir, əzələlərin daimi tonik-klonik qıcolmaları baş verir. Daimi qıcolmalar səbəbi ilə əzələlərdə ağrılar müşahidə olunur.
Ümumi klinik mənzərəsinə hiperpireskiya, profuz tərləmə, ürəkdöyünmə və tənəffüsün tezləşmə əlaməti əlavə olunur.
Qanda, sidikdə və SSM-də heçbir dəyişiklik qeyd olunmur.
Lokal forma nadir təsadüf edilir.
Gedişi və proqonozu:
50% hallarda ölüm müşahidə edilir. Təcili tetanusa qarşı zərdab vurularsa ölüm riski nisbətən azalır.
Proqnozun gedişini ağırlaşdıran amillər ümumi zəiflik, qısa inkubsaiya dövrü, əzələ yığılmalarının sürətli inkişafı, səs tellərində qıcolmalar, hiperpireksiya, getdikcə artan ürəkdöyünmə və onun bradikardiya ilə əvəz olunmasına və tənəffüsün tezləşməsini göstərmək olar.
Diaqnostikası:
Diaqnoz dərinin və dərin toxumaların yaraladığı şəxslərdə xarakterik əlamətlərə ( trizm, sardonik gülüş, tonik-klonik qıcolma, ümumi qıcolma) əsasən qoyulur.
Müalicəsi:
Xüsusi şöbələrdə aparılır. Yaranın dərhal yoxlanması və cərrahi işlənməsi tələb edilir. Yara nahiyəsindən zəhərin bədənə yayılmasının qarşısını almaq məqsədilə təmizlənmədən əvvəl, tetanus əleyhinə zərdab vurmaq lazımdır. Antibiotiklə müalicə ölmüş hüceyrələrdə yerləşən tetanus çölərinin vegetasiya edən formaıarına təsir edir. Yüksək dozada penisillin təyin edilir. Qıcolmanın qarşısının almaq üçün nəzarət rejmi yaradılır, sedativ, neyroleptik vasitələr təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Tetanus" haqqında müzakirə