Somatotrop hormon və onun orqanizmdə rolu

  • Müəllif: elnare
  • Tarix: 13 yanvar 2017
  • Baxış sayı: 5 237
  • 0 rəy

http://immunitet.az/uploads/posts/2017-01/1484288205_hormon-s.jpgSomatotrop hormon və onun orqanizmdə rolu
Somatotrop  hormonadenohipofizin  lateral  hissəsində  yerləşən  eozinofil  hüceyrələrdə  sintez edilir. Vəzi  toxumasında  somatotrop  hormonun  nisbi miqdarı  ( hipofizin  qramına  5-15mq ) digər hormonların  miqdarına  nisbətən  1000  dəfəyə  qədər  artıq  olur. Somatotrop  hormon  zülal strukturuna   malikdir. Onun  peptid  zəncirinə  aminturşu  qalığı   daxildir.
Orqanizmdə  somatotropun  əsas  təsiri  zülal  mübadilsinin  və  orqanizmin  böyüməsinin  tənzim edilməsi  ilə  əlaqədardır. Bu  hormonun  təsiri nəticəsində  sümük, qığırdaq  və əzələ toxumalarında, qaraciyərdə  və digər  daxili  orqanlarda  zülalların   biosintezi   sürətlənir.  Somatotrop  hormonu orqanizmdə  aşağdakı  funksiyaları  yerinə  yetirir:
– hüceyrə  bölünmələrinin  sayını  artırır
– epifizar  qığırdaqların  inkişafını  stimulyasiya edir
– borulu  sümüklərinin  inkişafına  kömək  edir
– insan  və  heyvanlarda  boyun  inkişafına  səbəb  olur
– sümüklərin eninə  inkişafına  səbəb  olur
– əzələ  və  orqanların  inkişafina  səbəb  olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Somatotrop hormon və onun orqanizmdə rolu" haqqında müzakirə