Hipofizin hiperfunksiyası
Hipofizin ön payının sekresiyası çox vaxt ya vəzdə əmələ gələn xoşxassəli şişlər nəticəsində,ya da hipotalamusun tənzimedici funksiyasının pozulması nəticəsində artır.Adətən hormonların birinin sekresiyası başqalarına nisbətən üstünlük təşkil edir.Çox vaxt bir hormonun sekresiyasının artması digərinin sekresiyasının azalması ilə müşayiət olunur.
Somototrop hormonunun hiperfunksiyası zamanı insanlarda qiqantizm və akromeqliya xəstəliyi əmələ gəlir.Hormonun sintezi və sekresiyası uşaqlıq və gənclik yaşlarında artdıqda qiqantizm xəstəliyi əmələ gəlir.Bu xəstələrin bədənləri sürətlə böyüyür,başın ölçüləri isə bədənə nisbətdə zəif inkişaf edir.Xəstənin boyu 2 metrdən uzun olur.Hipersekresiya yetkinlik dövrünün başa çatdığı vaxtdan sonra əmələ gəldikdə isə akromeqaliya xəstəliyi inkişaf edir.Bu zaman bədənin müxtəlif hissələri qeyri mütənasib şəkildə böyüyür.Ən çox əl və ayaq,barmaqlar böyük olur,burun,dil və dodaqlar isə hipetrofiyaya uğrayır.
Akromeqaliya və qiqantizm xəstəliyinə tutulmuş şəxslərdə zülal,karbohidrat və s. mübadilə pozğunluqları baş verir,onlarda qanda qlükozanın miqdarı çoxalır.Bu Langerhans adacıqarının yüksək gərginliklə fəaliyyət göstərməsinə görə baş verir.Bu səbəbdən də akromeqaliyalı və qiqantizm xəstələrində şəkərli diabet inkişaf edir.
Somotrop hormonunun hioperfunksiyası piy toxumalarının lipoliz prosesini sürətləndirir və qanda sərbəst yağ turşularının əmələ gəlməsinə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Hipofizin hiperfunksiyası" haqqında müzakirə