Qastrinoma

  • Müəllif: elnare
  • Tarix: 7 yanvar 2017
  • Baxış sayı: 2 182
  • 0 rəy

Qastrinoma.
Qastrinoma mədəaltı vəzin qastrin hormonunun həddindən çox ifraz edilməsinə səbəb olan xərçəng xəstəliyidir. Qastrinoma 90% bədxassəli şiş sayılır. O mədə və on iki barmaq bağılrsağa, yumurtalıqlara, qaraciyərə metastaz verə bilir.
Qastrinoma mədəaltı vəzin adacıqlarından inkişaf etməyə başalayır, amma mədəaltı vəzdən çox ətraf toxumalarda öz patoloji təsirini göstərir. Xəstəliyə yalnız metazların olması zamanı diaqnoz qoymaq olur. Qastrinoma yavaş-yavaş inkişaf edən və qısa müddətdə xəstənin ölümünə səbəb olmayan şiş toxumasıdır.
Xəstəlik mədə divarındakı sinir hüceyrələrinə təsir edərək mədə turşuluğunu artırır, ph-ın miqdarını azaıldır. Xəstəliyin əsas əlaməti mədə turşuluğunun həddindən artıq olmasıdır. Mədədə baş verən trofik dəyişikliklər bəzən mədədə qansızmalara səbəb ola bilir. Bəzi hallarda mədə və mədəaltı vəzin funksiyaları ilə əlaqədar olaraq xəstədə ishal baş verir.
Xəstələrin çoxunda qarın ağrısı və mədənin intersistal hissəsində yüngül sancılar baş verir. Xəstələrin əksəriyyətində reflyuks əlamətləri müşahidə edilir.
Qastrinomanın müalıcəsi cərrahi yolla aparılır. Xəstəlik vaxtında aşkar olunduqda və şiş toxumasının ölçüsü kiçik olduğu zaman medikamentoz müalicə metodlarından istifadə edilir. Xərçəngin bu forması ilkin əlamətlər başlandıqdan 5 il sonra metastaz verməyə başlayır. Bu müddət ərzində müalicə tədbirləri görülərsə, 20% xəstələdə sağalma müşahidə oluna bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qastrinoma" haqqında müzakirə