Nənələrimiz nə deyib? Avitaminoz

  • Müəllif: elnare
  • Tarix: 13 yanvar 2017
  • Baxış sayı: 4 266
  • 0 rəy

NƏNƏLƏRİMİZ NƏ DEYİB? AVİTAMİNOZ

Avitaminoz orqanizmdə vitamin çatmazlığıdır. Bu dəfə sizlərə orqanizm üçün lazım olan vitaminlərin təbii üsullarla bərpa edilməsinin bir neçə üsulunu deyəcəyik.
1) 1 çay qaşığı itburnu toxumunu bir stəkan su nisbətində götürüb 10 dəqiqə qaynadırsan, sonra üstünü örtüb ən az 12 saat gözləyirsən.Bu dəmləmə gündə 2 dəfə,yarım stəkan qəbul edilir. İçilməsi çətin olsa dadlandırmaq üçün bal əlavə etmək olar.
2) Sinqa xəstəliyi zamanı limon suyun içinə sıxıb içilir. Limonu dilimləyib üzərinə qənd tozu səpib yemək də sinqa xəstəliyi zamanı xeyirlidir.
3) C vitamini çatışmamazlığı zamanı bolluca soğan yemək lazımdır.
4) Ağ kələmin tərkibində də C vitamini boldur. Salatlarda çiy halda yeyilməsi daha məqsədə uyğundur.
5) Sarımsaq da vitaminlərlə zəngin tərəvəzdir. Yeməyin tərkibində də, yanında da yeməyiniz məsləhətdir.
6) Xurmanın tərkibində olan vitaminləri saymaqla qutarmaq olmaz. Bu meyvə haqqında müqəddəs kitablarımızda da yazılıb .
7) Ərik və ərik qurusunun tərkibində olan vitaminlər və minerallar ürək əzələsini möhkəmləndirir.
8)10 gün ardı ardına 1 kiloqram üzüm yemək insanın B qrup vitaminlərə olan 1 illik tələbatını ödəyir.
9) Narın , albalının tərkibində fol turşusu var.
UNUTMAYIN! ƏN BAHALI DƏRMANLAR TƏBİİ BİTKİLƏRDƏN HAZIRLANIR.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Nənələrimiz nə deyib? Avitaminoz" haqqında müzakirə