QATIRQUYRUĞU – SƏFALI BİTKİ

  • Müəllif: elnare
  • Tarix: 13 yanvar 2017
  • Baxış sayı: 9 736
  • 0 rəy

QATIRQUYRUĞU – SƏFALI BİTKİ.
Qatırquyruğu və pişikotu dəmləməsi içildikdə
– əsəb sakitləşdirici təsir göstərir
– arterial təzyiqi aşağı salır, ürək döyünməni azaldır
– ürək əzələsini möhkəmləndirir
– mərkəzi sinin sisteminin fəaliyyətini nizamlayır
– yağ və zülal mübadiləsini normallaşdırır
– qanda xolesterinin miqdarını aşağı salır
-spazmolitik təsirə malikdir
– qıcolma əleyhinə təsir göstərir
– klimakterik simptomları aradan qaldırır
– müxtəlif mədə bağırsaq xəstəliklərində yaxşi təsir edir 

QATIRQUYRUĞU DƏMLƏMƏSİ
1) 2 xörək qaşığı qurudulmuş qatırquyruğu bitkisinin üzərinə 100 qram 70%-li spirt töküb 1-2 həftə ağzı bağlı şəkildə qaranlıq yerdə saxlanılır. Ürək xəstəliklərinin müalicəsində, klimakteriya zamanı, nevrozlarda 30 damcı gündə 3 dəfə içilir.
2) 1 xörək qaşığı quru yarpağının üzərinə 200 ml qaynar su əlvə edib, 15-20 dəqiqə dəmlədikdən sonra gündə 3 dəfə hər dəfəsində 2 xörək qaşığı içilərsə, bir müddət sonra yuxusuzluğu aradan qaldırmaq olar.
3) Qatırquyruğu ilə hindiba bitkisinin kökünü 1:1 nisbətində 200ml suda zəif xodda 2-3 dəqiqə qaynadılır. Gündə yarım stəkan olmaqla 3 dəfə içilərsə bədəndə olan soyuqlamanı aradan qaldırar, öskürəyi kəsər.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"QATIRQUYRUĞU – SƏFALI BİTKİ" haqqında müzakirə