Bağırsaq xəstəlikləri zamanı pəhriz

  • Müəllif: elnare
  • Tarix: 13 yanvar 2017
  • Baxış sayı: 1 806
  • 0 rəy
Bağırsaq xəstəlikləri zamanı pəhriz.
Ən çox rast gəlinən bağırsaq xəstəliklərinə aşağıdakılar aiddir:
* enterit
* kolit
* xroniki enterit
* xroniki kolit
Bağırsaq xəstəlikləri pəhrizinin əsas məqsədi həzm orqanlarının sekresiya fəaliyyətini yaxşılaşdırmaqdan, bağırsaqların hərəki funksiyasını normallaşdırmaqdan ibarətdir.
Bağırsağında patologiya olan xəstələrə aşağıdakı qidalardan istifadə etmək məsləhət görülmür:
– kimyəvi  qidalar
– qızardılmış və qovrulmuş qidalar
– hisə verilmiş və ədviyyatlı qidalar
– qıcıqlandırıcı maddələr
– quru qida məhsulları
– noxud, lobya
– qaz, ördək, yağlı qoyun əti
– turşular
– konservlər
– ayaqüstü yeyilən küçə yeməkləri.
Belə xəstələrin xüsusi rasionu olmalıdır, oraya daxildir:
– sadə və kəsmikli peçenyalar
– düyü, vermeşil supları
– yağsız və suda bişmiş mal əti
– suda bişmiş toyuq
– suda bişən mal dili
– qarabaşaq
– kartof püresi
– yağsız parda və suda bişən balıq.
Bağırsağında problemləri olan xəstələr limon, apelsin kimi sitrus meyvələri, şirniyyatın tərkibində və ya jele şəklində yeməlidirlər.
Unutmaq olmaz ki, müalicələrdən sağalan bağırsaq qida rasionunu pozduqda yenidən qıcıqlanır və xəstəliyin əlamətləri geri qayıda bilir. Buna görə də belə xəstələrə  pəhrizinə qarşı diqqətli olmağı məsləhət görülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Bağırsaq xəstəlikləri zamanı pəhriz" haqqında müzakirə