Hemoblastozlar
Hemoblastozlar qanyaradıcı toxumanın şiş xəstəliyidir. Hemoblastlar 2 qrupa bölünür:
– leykozlar
– hematosarkomalar
Leykozlar qan yaradıcı toxumanın şişi olub, birincili proses sümük iliyində lokalizə olunur. Sonra şiş hüceyrələri periferik qana daxil olur, xarakterik hemotoloji mənzrəni yaradır.
Hematosarkomalar qan yaradıcı toxumanın şişi olub, proses birincili olaraq sümük iliyindən kənarda lokalizə olunur və əhəmiyyətli dərəcədə yerli prosesin inkişafı ilə xarakterizə olunur.
Leykoz və hematosarkomalar genetik cəhətcə qohum heceyrələrdən inkişaf edir və bir-birinə çevrilə bilirlər. Bütün leykozlar xroniki və kəskin olmaqla 2 qrupa bölünürlər.
Xəstəliyin əmələgəlmə səbəbi tibbə məlum deyil. Hemoblalstozalar kişilərdə qadınlara nisbətən daha çox baş verir. Xəstəliyin rastgəlmə tezliyinə təsir edən bir sıra faktorlar müəyyən edilmişdir:
* radiasiya
* kimyəvi, benzol və toksiki maddələr
* irsi xromosom deffektləri
* triptofan mübadiləsinin pozğunluqları
* Epşteyn-Barr virusu.
Güman edilir ki, bu faktorlar qanyaradıcı hüceyrənnin DNT-sini zədələyir, genetik kodu pozmaqla yanaşı hüceyrənin fasiləsiz olaraq bölünməsinə və differensasiyasının pozulmasına səbə olur.
Diaqnoz: Qara ciyərin dalağın, limfa düyünlərinin böyüməsi və anemiyanın olması xəstəliyin diaqnozunu təsdiqləyir. Sümük iliyinin müayinəsi diaqnoz qoymağa tam imkan verir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Hemoblastozlar" haqqında müzakirə