Lyambliyoz haqqında

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 578 427
  • 0 rəy

 

Lyambliyoz — nazik bağırsaqda, bəzən isə öd kisəsində parazitlik edən lyamblyalar tərəfindən törədilən xəstəlik.

Haqqında
Çirkli sulardan istifadə хüsusilə uşaqlar arasında lyambliyozun geniş yayılmasına gətirib çıхarıb. Tərəvəzlər də əsas parazit keçiriciləridir. Bu zaman qəbul olunan qida vasitəsilə parazit lyamblya qurdları orqanizmə daxil olur. Lyambliyoz uşaqların sağlamlığına böyük ziyan vurur.Lyamblioz-geniş yayılmış xəstəlikdir və birhüceyrəli heyvanlar ailəsindən olan mikroorqanizmlər- Protozoe Giardia Lamblia tərəfindən törənir. Xəstəlik lyamblilərin nazik bağırsağı və qaraciyəri zədələməsi ilə baş verir.

Mənbələri
Lyambliozun əsas mənbəyi xəstə insandır. Bununla belə müəyyən edilmişdir ki, lyamblilər it, pişik və siçanabənzər gəmiricilərin orqanizmində də parazitlik edir. Lyamblilərin sistaları (sista bəzi ibtidai orqanizmlərdə xarici təsirdən qorunmaq üçün üst qişa, pərdə deməkdir) su kranından axan xlorlu suda, çirklənmiş su hövzələrində aşkar edilir. Lyamblioz xəstəliyinə yoluxmaq üçün mədə şirəsinin turşuluq səviyyəsinin aşağı düşməsi və cəmi 10 lyambli sistası udmaq kifayət edir.

Yoluxma yolları
Xəstəliyin törədiciləri orqanizmə ağızdan keçir. Lyambliozla yoluxmanın əsas üç yolu vardır: su, təmas və qida. Çox zaman yoluxma su kəmərindən axan yaxşı təmizlənməmiş su, yaxud açıq su hövzələrindən istifadə edərkən baş verir. Məişətlə ünsiyyət yolu zamanı lyambliozla yoluxma gündəlik həyatda işlənən əşyalar: alt geyimləri, oyuncaqlar, qab-qacaq vasitəsilə baş verir. Həmçinin uşaqlarda dırnaqları, qələmləri, karandaşları dişləmək kimi zərərli vərdişlər demək olar ki, 100% lyambliada aşkar olunur. Yoluxma sistalarla yoluxmuş, xüsusilə termiki emal olunmuş qida məhsullarından (tərəvəz, giləmeyvələr, meyvələr) istifadə zamanı da baş verə bilər.

Simptomları
İnkubasiya dövrü 10-15 gün davam edir. Parazitlər yoluxmadan 9 gün sonra görünməyə başlayır. Xəstələrin ümumi hissetmə qabiliyyəti yaxşı, bədən temperaturu normal olur. Onlar mədə bulanması, iştahanın azalması, bəzən qarında qurultu, eyni zamanda qarnın yuxarı hissələrində narahatlıqdan şikayətlənirlər. Bəzi xəstələrdə duru, su halında ishal, bədən kütləsinin hədsiz azalması müşahidə olunur. Bir neçə gündən sonra bütün simptomlar tədricən yox olur. Vegetativ formada lyambli sistalarının duru nəcisdə, yaxud adi nəcisdə aşkar edilməsi lyamblioz xəstəliyinə yoluxmaya sübutdur.

Diaqnostika metodları
Lyambliozun laboratoriya şəraitində ən əlverişli diaqnostikası korpoloji tədqiqatı (nəcisin tədqiq edilməsi) metodudur. Amma qeyd etmək lazımdır ki, lyambli sistalarını nəcisdə aşkar etmək hər zaman mümkün olmur. Bundan başqa, yaxşı olar ki, onun duodenal araşdırılması aparılsın. Eləcə də yoluxmadan 2-4 həftə sonra qanda spesifik anticisimlər (anticisimlər-orqanizmə yad zülallar, bakteriyalar, onların zəhərlərini və s. daxil etdikdə əmələ gətirdiyi maddələr)aşkar edildikdə lyambliozun seroloji diaqnostikası aparılır.

Profilaktika və müalicəsi
Lyambliozun profilaktikası üçün lazımdır:

-yalnız qaynanmış, yaxud su kəmərindən axan filtrlənmiş sudan istifadə etmək
-uşaqlar üçün təşkil olunmuş qapalı kollektivlərdə ildə iki dəfə işçi heyətinin və uşaqların müayinəsini həyata keçirmək
-lyambli sistaları ayırd edilən şəxslər aşkar edildikdə ailənin bütün üzvlərini sağlam vəziyyətə gətirmək
-ev heyvanları saxlayan insanların müntəzəm olaraq antihelmint vasitələrlə təmizlənməsi (ən azı, yarım ildə bir dəfə həblər)
-yoluxma yollarını yaddan çıxarmamaq və cidd-cəhdlə gigiyenik qaydalara riayət etmək

immunitet.az

 
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Lyambliyoz haqqında" haqqında müzakirə