Xərçəng müalicəsi zamanı necə qidalanmalı?

  • Müəllif: elnare
  • Tarix: 7 yanvar 2017
  • Baxış sayı: 5 143
  • 0 rəy

Xərçəng müalicəsi zamanı necə qidalanmalı?
Xərçəng xəstəliyi zamanı qəbul edilən dərmanların təsiri ilə əlaqədar olaraq xəstələrdə halsızlıq və yorğunluq olur. Belə zamanlarda doğru qidalanma və bəzi qidaların qəbuluna üstünlük vermək dərmanların yanaşı təsirlərini aradan qaldıra bilir.
Mütəxəssisilər sağlam qidalanmanın orqanizmin müqavimət qüvvəsini artırdığını söyləyirlər. Xərçəng xəstəliyinin müalicəsi zamanı düzgün və sağlam qidalanma xəstəliyin müalicəsinə yardım edir. Bunun üçün lazım olan qidalarla və normal ölçüdə qidalanmaq lazımdır.
Xərçəng xəstəliyindən müalicə alan xəstələrin qidalanması hər xəstənin ümumi halına və xəstəliyin gedişatına uyğun olaraq aparılır. Bu zaman qida rasionu həkimlə dietoloqun birlikdə qərarına əsaslanaraq təyin edilir.
Müalicə zamanı xəstənin nə ilə qidalanması diqqət mərkəzində saxlanılır və nəzarət edilir.
Kimya terapiyası zamanı xəstələrin ağzına pis dad və ürəkbulanma olur. Bunun aradan qalxması üçün xəstələrə yeməkdən əvvəl ağızlarını duz və soda qatılmış su ilə yaxalamaq məsləhət görülür.
Xərçəng müalicəsi götürən xəstələrə ağızlarındakı pis dadı aradan qaldırmaq üçün şəkərsiz, nanəli saqqız çeynəmək məsləhət görülür.
Kimya terapiyası alan xəstələrdə qusma müşahidə edilir. Çox miqdar qusma orqanizmin elektrolit mübadiləsinin pozulmasına səbəb olur. Bunun baş verməməsi üçün xəstələrə bol miqdarda maye qəbul etmək məsləhət görülür.
Mütəxəssislər ürəkbulanmadan şikayət edən xərçəng xəstələrinə həddindən artıq şirin, ədviyyatlı və yağlı qidalardan istifadə etməyi məsləhət bilmir. Çünki bu qidalar ürəkbulanmanı daha da artırır. Bunun baş verməməsi üçün xəstələrə gün boyu meyvə yemək və ya meyvə suları içmək məsləhət görülür.
Dietoloqlar, kimya terapiyası alan xəstələrin yemək menyusunu  rəngarəng, yağlı ətdən uzaq və şəkərsiz olmasını tövsiyə edir.
Xərçəng xəstələri qidalanma zamanı aşağıdakılara diqqət yetirməlidirlər:
* Sağlam və təbii qidalardan istifadə edilməlidir.
* Yağ azaldılmalı, yağsız ətdən istifadə edilməli, yeməkləri az yağda bişirilməlidir.
* Hazır qidalardan uzaq durulmalıdır.
* Hisə verilmiş qidalardan istifadə edilməməmlidir.
* Boyat qidalar qəbul etməməlidir.
* Sarımsaq və soğandan bol istifadə edilməlidir.
* Bol meyvə və tərəvəz qəbul edilməlidir.
* Həftədə 1-2 qədəhdən artıq spirtli içki qəbul edilməməlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Xərçəng müalicəsi zamanı necə qidalanmalı?" haqqında müzakirə