SEHİRLİ YOQA ÇAYI
Yoqa çayının orqanizmə həddindən artıq xeyirləri vardır. Onun dadını bir dəfə dadan, bir də içmək istəyir. Bu mənim fikrimdir, amma siz də dəmləyib bir dəfə içsəniz mənimlə razılaşacağınıza əminəm. Bu çayın aşağıdakı faydalı xüsusiyyətləri vardır:
– qan hüceyrələrini təzələyir
– əsəb sistemini sakitləşdirir
– fiziki gücü artırır
– soyuqdəymənin qarşısını alır
– əhval-ruhiyyəni qaldırır
Orqanizmi artıq zərərli maddələrdən təmizləyib, daha effektli nəticə almaq üçün 3 gün 10-21 stəkan yoqa çayı içmək lazımdır.
Yoqa çayı gözəl ətrə malikdir, səhər kofesi əvəzinə bu çayı içmək bədəıni gümrah edər. Yoqa çayını dəmləmək üçün aşağıdakılar lazımdır:
– 9 qurudulmuş qərənfil yarpağı
– 9 ədəd hil
– 1 ədəd darçın çubuğu
– 4 çay qaşığı sarıkök
– 5-10 çay qaşığı zəncəfil
– 0,5 çay qaşığı qara çay
Hazırlanma qaydası:
1. Tərkibində olanların miqdarının az və ya çox olması zövqə görə dəyişə bilər.
2. Qara çaydan başqa digər məmulatlar qaynar 2 litir suya tökülür. Zəif xodda 5 dəqiqə qalır, sonra üzərinə 1 stəkan soyuq süd əlavə olunur, qaynayana qədər gözlənilir. Südü də zövqə görə artırmaq olar.
Çay balla içilir.
Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"SEHİRLİ YOQA ÇAYI" haqqında müzakirə