Gülxətmi çayının faydaları
Gülxətmi çayı sidikqovucu təsirə malikdir. Sidikqövucu xüsusiyyəti gülxətmi çayının orqanizmdə olan toksinlərin xaric olunmasında faydalı olduğunu təsdiqlyir. Ən çox da böyrək və sidik yollarında olan toksinlərin xaric olunmasında çox faydalıdır.
Gülxətmi çayı orqanizmdə olan infeksiyalara qarşı antimikrob təsir göstərir.
Ağız və boğaz bölgəsində olan zərərli mikrobların təmizlənmsində gülxətmi çayı əvəzolunmazdır. Diş əti və boğaz infeksiyalarının sağalmasında rolu böyükdür.
Gülxətmi çayı dəmləməsi ağrıkəsici təsirə malikdir. Dəridə olan yaralara gülxətmi dəmləməsindən kompres qoyduqda yaralar tez sağalır. Onun ağrıkəsici xüsusiyyəti orqanizmə həm daxildən, həm də xaricdən analgetik təsir edə bilir.
Bağırsaq fəaliyyətində baş verən narahatçılıqların aradan qalxmasına gülxətmi çayının faydası böyükdür. Gülxətminin tərkibində olan laksatiflər bağırsaq problemlərinin aradan qalxmasında yardımçı olur. Bir həftə ərzində hər gün gülxətmi çayı içmək bağırsaqların hərəkətini normallaşdırır və daxili orqanların fəaliyyətini yüngülləşdirir.
Gülxətmi dəmləməsi yuxusuzluq əlamətlərinin aradan qaldırır, qanda orqanizmin fəaliyyəti üçün lazım olan xolesterolu artırır. Gülxətmi çayı tərkibində olan lipidlər sayəsində ürək və qaraciyər fəaliyyətinin yaxşılaşmasına yardım edir. Toxumunun iştah artırıcı xüsusiyyəti olmasına baxmayaraq, çiçəklərinin tərkibindəki vitaminlər orqanizmn çəkisinin artmasına səbəb olmur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Gülxətmi çayının faydaları" haqqında müzakirə