Varlı və uğur qazanan adamların vərdişləri

  • Müəllif: elnare
  • Tarix: 6 yanvar 2017
  • Baxış sayı: 2 263
  • 0 rəy

Varlı və uğur qazanan adamların vərdişləri.
Hər işində uğur qazanan adamlar yuxudan erkən dururlar. Sübh vaxtı yuxudan oyanma onlara vacib işləri barədə daha sakit düşünmək üçün ən yaxşı zamandır. Çünki bu vaxt günün ən sakit, insanı öz işinə ilhamlandıran bir zamandır.
Öz işlərində uğur qazanan adamlar çox kitab oxuyurlar. Mark Tvenin məhşur bir sözü var ” Yaxşı kitab oxuyan adam, oxumayan adamdan daha varlıdır.”
Öz işində uğur qazanan adamlar bağışlamağı bacarırlar. Onlar başqalarını bağışlamaqla yaddaşlarında xoşagəlməz xatirələri də silirlər. Bu da onları həyəcan və stressdən uzaq tutur.
Öz işlərində uğur qazanan adamlar heç vaxt heç yerə tələsmirlər. Daima hər işi tez həll eləmək, harayasa tələsik gedib çatmaq insanı həyatdan zövq almağa qoymur. Siz də hər işi tələsik görməyə çalışmayın, zamanınızın dadını çıxarın.
Öz işində uğur qazanan adamlar idmanla məşğul olurlar. Azhərəkətlilik insanı süstləşdirir, bu da əmək fəaliyyətini aşağı salır. “Sağlam bədəndə sağlam ruh olar” prinsipi onların şüarıdır.
Öz işlərində uğur qazanan adamlar öz işlərinin ustası olurlar və çox çalışırlar. Onların uğurlarının səbəbi çox işləməkləridir.
Öz işlərində uğur qazanan adamların çevrəsində də özü kimi işgüzar insanlar olur. Onlar daima bir-biriləri ilə əlaqəli olur və bir-birinin ideya və fikirləri ilə faydalanırlar. Bu cür adamlar bir-birindən pozitiv enerji alırlar.
Öz işində uğur qazanan adamlar onlara verilən hər şeyi dəyərləndirirlər və həmişə qarşılarındakı adamlara qarşı minnətdarlıq hissi duyurlar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Varlı və uğur qazanan adamların vərdişləri" haqqında müzakirə