İnsan niyə qocalır?
Son illərin araşdırmaları insan orqanizminin 120-140 il yaşamağa qadir olmaq qabiliyyətinə malik olduğunu deyir. İndiki zəmanəmizdə insanların ömrünün az olması mütəxəssisəri bu barədə düşünməyə vadar etmişdir. Mütəxəssislər uzun müddət araşdırmalardan sonra insan ömrünü uzatmaq üçün çıxış yolları axtarmağa başlamışlar. Onlar anti-aging proqram tərtib etmişlər. Bu proqram qocalma ilə mübarizə proqramıdır.
İnsanlar cavan görsənmək istədikdə müxtəlif kosmetoloji və təmizləyici vasitələrdən istifadə edir. Hamıya məlumdur ki, bu cür vasitələrdən istifadə etmək effektli olmur.
Orqanizmin cavanlaşması daxildən başlamalıdır. Orqanizmin həyat əhəmiyyətli orqanlarının fəaliyyətinin pozulması, orqanizmin vaxtından əvvəl qocalmasına səbəb olur.
Orqanizmin vaxtından əvvəl qocalmasına səbəb olan birinci orqan böyrəklərdir. Böyrəklər D vitaminin metobolizmində iştirak edir. Bu vitamin sümük toxumasının möhkəmlənməsində birbaşa rol oynayır. Böyrəklərin sağlam olmaması səbəbindən vitamin D-nin çatışmazlığı xroniki sümük xəstəlikərinin meydana çıxmasına səbəb olur. Bundan başqa böyrəklər orqanizmdən artıq şlakları çıxarmaq qabiliyyətinə sahibdirlər. Böyrək öz funksiyalarını normal yerinə yetirmədikdə bu proses ləngiyir və bu da orqanizmin qocalmasına səbəb ola bilir.
Orqanizmin vaxtından tez qocalmağının ikinci səbəbi endokrin sistemin xəstəlikləridir. Endokrin üzvlər orqanizmim hormonal fuksiyalarını yerinə yetirir. Sistemdə pozulmalar baş verdikdə hormonların miqdarında azalma və ya çoxalmalmalar baş verir ki, bu orqanizmdə ən ciddi xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Qaraciyər orqanizmin “laboratoriyası” sayılır. İnsan bədənindəki qan burada təmizlənir. Qaraciyər fəaliyyətinin zəifləməsi orqanizmdə intoksikasiyanın artmasın səbəb olur.
İnsanın özünü gümrah hiss eləməsində bağırsaq mikroflorasının rolu böyükdür. Bağırsaqlar oz işinin öhdəsindən yaxşı gələrsə, insan özünü gümrah hiss edər. Cavan qalmaq üçün bağırsaqların fəaliyyətini daima nəzarət altında saxlamaq lazımdır.
Orqanizmin gec qocalması üçün aşağıdakı vasitələrdən istifadə etmək lazımdır:
* orqanizmə idarə etməni normal caxlaya bilmək
* stimulyasiyanı normada saxlamaq
* iltihabi xəstəliklərdən qorumaq
* mikrosirkulyasiyanı normada saxlamaq
* regenerasiyanı sürətləndirmək.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"İnsan niyə qocalır?" haqqında müzakirə