Qocalıq nədir?
Qocalıq orqanizmin yaşa dolmasının labüd nəticəsi olub, fərdi inkişafın son mərhələsini təşkil edir. Qocalma dedikdə orqanizmin xarici mühit şəraitinə uyğunlaşma qabiliyyətinin yaşla əlaqədar olan zəifləməsi nəzərdə tutulur. Qocalığın mahiyyətini, qocalmış orqanizmin fizioloji və pisixi fəaliyyət xüsusiyyətlərini və qocalığın ictimai problemlərini öyrənən elm sahəsinə gerontologiya deyilir.
Gerontologiya qocalıq dövrü xəstəliklərini və onların müalicə-profilaktikası ilə əlaqədar problemləri öyrənir.
Qocalmanın əsasını orqanizmin morfoloji, biokimyəvi, funksional və psixi dəyişiklikləri təşkil edir. Hər bir orqanizm həyatı boyu ərzində molekul, hüceyrə və toxuma, orqan və sistem, həmçinin ümumi orqanizm səviyyəsində bir sıra dəyişikliyə uğrayır. Qocalma özünü 2 əsas xüsusiyyətlə göstərir:
1. Orqanizmin ətraf mühitə uyğunlaşması zəifləyir.
2. Yaş artdıqca ölüm ehtimalı da artır.
Qocalma orqanizmin morfoloji və funksional xassələrinin qanunauyğun surətdə dəyişilməsi ilə müşayİət olunur. Belə ki, insan yaşa dolduqca onun xarici görünüşündə, psixikasında və davranış tərzində dəyişikliklər baş verir. Qocalıq dövründə ümumi orqanizm səviyyəsində olan dəyişikliklərə aiddir:
– bədən ölçülərinin kiçilməsi
– çəkinin azalması
– daxili orqanların geriyə inkişafı
– dərialtı piy təbəqəsinin atrofiyası.
Qocalma zamanı dəri elastikliyini itirir, gözlərin parlaqlığı azalır, əzələlər atrofiyalaşır, dəri qırışır. 50 yaşdan sonra insanların toxumalarında olan kapilyarların sayı azalır, arteriya damarlarının elastikliyi itir, damarların keçiriciliyi azalır.
Yaş artdıqca ürək əzələsi də atrofiyaya uğrayır, onun kütləsi azalır, ürək boşluqları böyüyür.
Qocalığa doğru yaxınlaşdıqca sümük sistemi, həzm sistemi, böyrəklər
də dəyişikliyə uğrayır.
Sinir sisteminin bütün hüceyrələrində qocalma eyni sürətlə baş verir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qocalıq nədir?" haqqında müzakirə