Dahilərin yaramaz uşaqlıqları
İbtidai siniflərdən uşaqlarımızın qiymətləri zəif olduqda onları danlayırıq. Biz dərslərdən yaxşı qiymət almayacağı tədqirdə uşaqlarımızın gələcəkdə məslək sahibi olmamalarından qorxuruq. Bəs dahilərin uşaq vaxtlarında necə olduqlarını bilirsinizmi?
1. Tomas Edisonun məktəb müəllimi onun anasına yazdığı məktubda Edison haqqında “Beyinsiz bir uşaqdır, ondan bacarıqlı adam çıxmaz” deyə yazmışdır. Halbuki, Edison elektrik lampasını, qramafonu və kino kamerasını kəşf edən adam kimi tarixə düşüb.
2. Amerikanın qurucularından sayılan siyasətçi, yazıçı, diplomat, elm adamı olan Boston Latin məktəbdə 2 il oxuduqdan sonra 10 yaşında məktəbi buraxmışdır. O, Amerika üçün tarixi şəxsiyyətlərdən biri sayılır.
3. Təkcə Amerikanın deyil, bütün dünyanın yetişdirdiyi basketbol ulduzu Michael Jordan məktəbi yarımçıq qoymuşdur. Məktəbdə hətta onu boyu balaca olduğuna görə basketbol komandasına daxil etməyiblər.
4. Greqor Mendel istədiyi universitetə qəbul edilməmiş, başqa universitetdən isə qovulmuşdur. Halbuki o, genetika elminin qurucularından sayılır.
5. Yaşı iyirmiyə çatmadan buxar maşınını kəşf edən Georqe Westinghous kollecdən bacarıqsız, tənbəl və avam olduğuna görə qovulmuşdur. Halbuki, həyatı boyunca inanılmaz kəşflərə imza atmış və 400-dən çox icadla dünya tarixinə adını salmışdır.
6. Albert Enşteyn 15 yaşında olduqda təhsilini yarımçıq qoyur. Bir il sonra başqa bir litseyə qəbul olmaq üçün sənədlərini verir, amma qəbul olunmur. Halbuki, Enşteyn Time qəzeti tərəfindən “Əsrin adamı” seçilmiş, Nobel mükafatına layiq görülmüşdür.
7. Balzak müəllimləri tərəfindən daima danlanan uşaqlardan olub.
8. Dünya musiqisinin atası sayılan Bethoven skripkanı pis tutduğuna görə, musiqi müəllimi tərəfindən “Səndən musiqiçi olmaz” deyə qovulmuşdur.
9. Dünyaya “Süh və müharibə” kimi əsəri bəxş edən Lev Tolstoy öyrənmə qabiliyyətinin olmadığına görə kollecdən qovulub.
10. Müəllimləri tərəfindən ağzının iri olmasına görə musiqi dərslərindən qovulan Armstronq dünyada sözlü cazın banisidir.
11.Elvis Presley ilk dəfə səsyazma studiyasına müraciət edəndə onu “Get sürücülüyünə davam et” deyə qovmuşlar.
Sənətdə, siyasətdə, musiqidə, elm və ticarət aləmində onlarca insanlar vardır ki, onlar uşaqlıqda elm və təhsildən uzaq olublar. Halbuki, qabiliyyətləri onları dünyaya tanıdıb. Bilmək olmaz, bəlkə sizin uşağınız da onlardan biri olacaq. Buna görə də övladınızın zəif oxumağına baxıb ruhdan düşməyin və əsla uşağınızı sevməkdən vaz keçməyin.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Dahilərin yaramaz uşaqlıqları" haqqında müzakirə