Dünyanı dəhşətə salan – manyak ata
- Müəllif: elnare
- Tarix: 4 yanvar 2017
- Baxış sayı: 2 719
- 0 rəy
Avstraliyalı Cozef Fritzl 21 yaşında evlənmiş və 7 uşaq atası olmuşdur. O 1962 – cı ildə 1 il yarım zorlama maddəsinə görə həbsdə yatıb. O öz qızı Yelizavetanı da ilk dəfə 11 yaşı olanda zorlayıb. Yelizavetanın 17 yaşı olanda atasının iyrənc hərəkətlərinə dözməyib evdən qaçır. Polis vasitəsilə onu evinə qaytaran Fritzl bir müddət sonra yenidən qızına təcavüz etməyə başlayır. 1984-cü il 29 avqustda Fritzl qızını öz yaşadığı evə həbs edir. O,öz doğma qızını evinin ən alt qatında pəncərəsiz bir yerdə 24 il saxlayaraq onu cinsi istismar edir. Yelizavetanın 2-ci dəfə itdiyini görən ana yenidən polisə müraciət edir, amma bir gün qızının xətti ilə yazılmış bir məktub alır. Fritzl məcburən qızına yazdırtdığı məktubda onu polis axtaracağı tədqirdə xarici ölkəyə qaçacağı yazılmışdı. Beləliklə ana və polis Yelizavetanı axtarmaqdan əllərini üzürlər. Yelizaveta 24 il boyunca atasından uşaq dünyaya gətirir. Uşaqlar doğulduqca ata öz həyat yoldaşını “Uşağı Yelizaveta doğub, qaçıb”deyə aldadır. 2 qız uşağına Yelizavetanın anası baxır. Daha sonra Yelizavetanın əkiz uşağı olur. Uşaqlardan biri 3 gün sonra ölür, sağ qalan uşağı isə Yelizvetanın atası cibində məktubla birgə evə gətirir və ona da nənə himayədarlıq edir. 24 il sürən həbs həyatına Yelizavetanın atasının xəstə oğlunu xəstaxanaya aparması son qoydu. Oğlunun xəstəxanaya gedəcəyini bilən Yelizaveta onun cibinə bir məktub qoyur və məktubda onun xilas olunmasını xahiş edir. Beləliklə Yelizaveta 24 illik həbs həyatı və işgəncələrdən qurtarır, atası isə həbsxanaya düşür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Dünyanı dəhşətə salan – manyak ata" haqqında müzakirə