Müxtəlif xəstəliklərdə müxtəlif pəhrizlər


Baxış sayı: 25     Bölmə: Məqalələr / Xalq təbabəti

 
Müxtəlif xəstəliklərdə müxtəlif pəhrizlər.
Çay dieti.
Gün ərzində 7 stəkan çay və hər dəfə 10 qram qənddən ibarətdir. Enterekolit və ishal zamanı təyin edilir.
Şəkər dieti.
Gün ərzində 5 stəkan qaynaq çay və hər stəkana 30-40 qram şəkər tozu. Bu diet xroniki kolit və ishal zamanı, qara ciyər xəstələrinə təyin edilir.
Düyü-kompot dieti.
1 kq meyvədən 1,5 litr kompot bişirilir, düyüdən kaşa hazırlanır. Gün ərzində 6 stəkan kompot içilir, 2 dəfə düyü kaşası yeyilir. Qara ciyər və podaqra xəstələrinə təyin edilən dietdir.
Alma dieti.
Gün ərzində 2 kq alma 5-6 dəfəyə yeyilir. Günorta yeməyinə düyü kaşası əlavə etmək olar. Bu diet şəkərli diabet və piylənmədən əziyyət çəkənlərə şamil edilir.
Qaysı dieti.
0,5 kq qaysı qaynadılır, gün ərzində 5 dəfəyə yeyilir. Bu diet arterial təzyiqdən əziyyət çəkənlərə və artıq çəkisi olan ürək xəstələrinə təyin edilir.
Qatıq dieti.
2 saatdan bir 100 ml qatıq və ya südün içərisinə 50 qram quru çörək doğrayıb yeməkdən ibarətdir. Bu diet ürək-damar xəstələri üçün nəzərdə tutulub.
Ət dieti.
Gün ərzində 1 dəfə 250 qram yaxşı bişmiş ətin üzərinə müxtəlif tərəvəzlər doğranıb yeyilir. Şəkərli diabet xəstələrinə və piylənmədən əziyyət çəkənlərə tətbiq olunur.
Unutmaq lazım deyil ki, həkim məsləhəti olmadan diet saxlamaq sağlamlığınız üçün təhlükəli ola bilər.

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!

"Müxtəlif xəstəliklərdə müxtəlif pəhrizlər" məqaləsini sosial şəbəkələrdə paylaş

loading...

"Müxtəlif xəstəliklərdə müxtəlif pəhrizlər" məqaləsinə komment yazmaq

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.