Aşağıdakıları diqqətlə oxu və özündə insult baş verməsinin qarşısını al!

  • Müəllif: elnare
  • Tarix: 5 aprel 2017
  • Baxış sayı: 3 748
  • 0 rəy

Aşağıdakıları diqqətlə oxu və özündə insult baş verməsinin qarşısını al!

İnsult səbəbli baş verən ölümlərin sayı son illər çox artıb. İnsult xəstəliyinin əlamətlərini bilmirsinizsə siz də belə insanların siyahısına qatıla bilərsiniz. Bunun baş verməməsi üçün diqqtli olun!

İş yoldaşlarımızla birlikdə gəzintiyə çıxmışdıq. Qəfildən yanımda yeriyən iş yoldaşım yıxıldı. Biz kömək edib onu ayağa qaldırdıq və həkim çağırmaq istəyimizi bildirdik. O isə əvəzində ağayığını büdrədib yıxıldığını söylədi. Buna səbəb isə geyindiyi ayaqqabının təzə olduğunu dedi.

Axşam hərə öz evinə dağıldı və biz səhər işə gəldikdə yıxılan yoldaşımızı yerinə görmədik. Evlərinə zəng vurduqda isə əri onun gecə keçindiriyini söylədi. Bizim iş yoldaşımız insult xəstəliyindən dünyasını dəyişmişdi.  

Biz çox peşman olduq. Əgər onun sözünə baxmayıb yıxıldığı zaman tez həkim çağırsaydıq indi o da bizim yanımızda olardı. 

İnsult istənilən insanda istənilən vaxt baş verə bilər. Amma, vaxtında təyin edilmiş diaqnoz və müalicə xəstəliyin qarşısını alır və insan həyatına son qoymur.

Yaxınlarınızdakılarda insult şübhəsi olmasının əlamətlərini siz özünüz də təyin edə bilərsiniz. 

Qarşınızdakından aşağıdakıları xahiş edin:

  1.  1. Gülümsəməyi
  2.  2. Söhbət eləməyi.
  3.  3. Hər iki əlini eyni vaxtda qaldırmağı
  4.  4. Ağzında dilini oynatmağı

Bu yazılanlara əməl edə bilməmək insultun əlamətləri sayılır. İnsult ürəkbulanma, qusma, gözlərdə qaranlığın olması, görmənin qəfil pisləşməsi, qəfil baş verən süstlük, nitq pozulmaları, güclü baş ağrıları, huşun itməsi kimi əlamətlər də verə bilir.

Sizdə sayılan əlamətlərdən baş verirsə o zaman mütləq həkimə müraciət edin.

Oxuduqlarınızı bəyəndinizsə dostlarınızla paylaşmağınızı xahiş edirik.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Aşağıdakıları diqqətlə oxu və özündə insult baş verməsinin qarşısını al!" haqqında müzakirə