İnsult xəstəliyi özünü hansı əlamətlərlə göstərdiyini bilirdinizmi?

  • Müəllif: elnare
  • Tarix: 29 may 2017
  • Baxış sayı: 7 668
  • 0 rəy

İnsult xəstəliyi özünü hansı əlamətlərlə göstərdiyini bilirdinizmi?

İnsult nədir, əlamətləri və ağırlaşmaları

Hamı insultun ağır xəstəlik olduğunu və necə ağırlaşmalar səbəb ola biləcəyini bilir. İnsultun baş verməsini əvvəlcədən bilmək isə insanın həyatını xilas edir və onu əlil olmaqdan saxlayır. İnsult baş verən zaman ilkin əlamətlərin meydana çıxdığı 3-5 saat ərzində xəstəyə tibbi müdaxilə edildikdə o zaman xəstəliyin əmələ gətirdiyi patoloji ağırlaşmalar minimum səviyyədə olur. İnsult beyin qan dövranının qəfil pozulmasıdır. İnsult spazmdan,beyin damarlarının tutulması və yırtılması səbəbindən baş verir. Əvəllər insult 60 yaşdan yuxarı insanlarda əmələ gəlirdi. Son dövrlərdə isə bu xəstəliyi yaşı xeyli cavanlaşıb. Mütəxəssislər insultun əmələ gəlməsində əsasən 7 əlamətin rol oynadığını qeyd edirlər:

1. Yüksək qan təzyiqi

Hipertoniya insultun baş verməsində rolu olan xəstəliklərdən biri sayılır.

2. Sərt boyun  

Özünüzdə insult qorxusu olmağını yoxlamaq istəyirsinizsə o zaman çənənizi sinənizə toxundurmağa çalışın. Əgər çənəniz sinənizə çatmırsa və sidə güclü baş ağrıları əmələ gəlirsə o zaman təcili həkimə müraciət edin.

3. Ətraflarda keylik

Əgər sizin əllərinizdə və ya ayaqlarınızda keyləşmə varsa, hissiyyat itibsə, ətraflarınıza toxunduqda heç nə hiss eləmirsinizsə, həmin hissənin tempraturu bədənin digər hissəsinin tempraturundan aşağıdırsa o zaman sizdə insult əlaməti var.

4. Güclü baş ağrıları

Hamının başı müxtəlif səbəblərdən ağraya bilir. Qəfil şiddətli ağrı ilə müşahidə edilən baş ağrısı insultun əlaməti sayılır.

5. Görmənin və eşitmənin pozulması  

Göz önündə anlaşılmaz şəkillərin meydana gəlməsi insultun əlaməti sayılır. İnsult baş verəndə xəstənin görməsi və eşitməsi qəfil pozulur.

6. Nitq pozğunluqları

Qəfildən meydana çıxan nitq pozuntuları insultun əlamətidir. Belə ki, insult baş verən zaman xəstə anlaşılması çətin olan ifadələr işlədir. Bu zaman xəstə özü də nə dediyini asnlamır.

7. Müvazinatin itməsi

İnsultun əlamətlərindən biri də yol gedərkən qəfildən müvazinəti itirib yıxılmaqdır. Bu ən ciddi əlamətlərdən hesab edilir. Çünki, bu zaman xəstə başqa tarvamalara da məruz qala bilir.
Özündə insultun olub olmamasını öyrənməkistəyirsənsə o zaman aşağıdakı testdən keç.
  1. 1. Gülümsə - insult baş verən adamlar güldükdə onların üzünün yarısı tərpənmz olaraq qalır.
  2. 2. Əllərini yuxarıya qaldır – insult baş verən adamlarda əzələ zəifliyi meydana gəlir və onlar əllərini yuxarıya qaldıra bilmirlər.
  3. 3. Dilini tərpət – insultlu xəstələr dillərini tərpədə bilmirlər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"İnsult xəstəliyi özünü hansı əlamətlərlə göstərdiyini bilirdinizmi?" haqqında müzakirə