İnfeksion endokarditin xüsusi formaları

  • Müəllif: redaktr
  • Tarix: 11 fevral 2017
  • Baxış sayı: 2 200
  • 0 rəy

İnfeksion endokarditin xüsusi formaları
Heroin endokarditi
Son onilliklərdə infeksion endokarditin xüsusi formasına - heroin endokarditinə daha çox təsadüf edilir.Endokarditin bu forması narkotiklərin vena daxilinə qeyri-steril şəraitdə vurulması ilə meydana çıxır.Xəstəlik zamanı əsas etibarı ilə üçtaylı qapaq,az hallarda isə digər qapaqlar zədələnir.Xəstəliyin törədiciləri ağ və qızılı stafilokokklardır.
Heroin endokarditinin klinikasında üçtaylı qapaq çatışmazlığı əlamətləri üstünlük təşkil edir.Ürəyə qulaq asdıqda üçtaylı qapaq nahiyyədə kobud sistolik küy və boyun venalarının pulsasiyası eşidilir.Narkomanların endokarditi üçün aşağıdakılar xarakterikdir:
- ağ ciyər arteriyası sistemində emboliyaların olması
- ağ ciyər infarktı
- qan hayxırma
Nazokomial endokardit
Endokarditlərin böyük qrupu dərman maddələrinin uzun müddət stasionar şəraitində qəbul edildiyi zaman inkişaf edir.Xəstəliyin baş verdiyi zaman təsadüf edilət törədicilər qızılı stafilokokk və göy irin çöpləri olur.
İnfeksion endokardilərin bu formaları da residivlə keçir.
Diaqnoz anamnezə və qanda xəstəliyin törədicilərinə rast gəldikdə təsdiqlənir.
Müalicə qandan törədicilərin təmizlənməsi istiqamətində aparılır.Müalicə antibiotiklərdən istifadə etməklə qanın müayinəsinin nəzarətdə saxlanılmasından ibarətdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"İnfeksion endokarditin xüsusi formaları" haqqında müzakirə