Pnevmoskleroz
Xəstəliyin əmələ gəlməsinə səbəb olanlar:
1. Tam sorulmamış kəskin pnevmoniya, xroniki pnevmoniya, bronxhektaziya xəstəliyi.
2. Peribronxitlə müşayət olunan və peribronxial sklerozun inkişafına gətirib çıxaran xroniki bronxit.
3. Müxtəlif genizli pnevmokoniozlar.
4. Bir sıra ürək xəstəliklərində və ən çox mitral qapaq qüsurlarında ağciyərələrdə baş verən durğunluq.
5. Ağ ciyərlərin ateleltazı.
6. Ağır keçən eksudativ plevritlər.
7. Döş qəfəsini və ağ ciyərlərin zədələnmələri.
8. Birləşdirici toxumanın sistem xəstəlikləri.
9. İonlaşdırıcı radiasiyanın təsiri. 10. Ağ ciyərlərin hərbi zəhərləndirici madələrlə zəhərlənməsi.
Xəstəlik özünü pnevmoniya əlamətləri, fiziki gərginlik, tənginəfəslik, irinli bəlğəm ifrazı, öskürək və sianozla biruzə verir.
Xəstəliyə diaqnozun qoyulmasında rentgroloji müayinənin rolu böyükdür.
Pnevmosklerozu müalicə etmək üçün ən əvvəlcə onu əmələ gətirən səbəbi aradan qaldırmaq lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Pnevmoskleroz" haqqında müzakirə