Sidik ifrazı sistemi nədir?

  • Müəllif: elnare
  • Tarix: 15 aprel 2017
  • Baxış sayı: 4 502
  • 0 rəy

 Sidik ifrazı sistemi nədir?

Sidik ifrazı sistemi dedikdə orqanizmdəki artıq suyun və suda həll olmuş zərərli maddələrin xaric edilməsində iştirak edən orqanlar sistemi nəzərdə tutulur. Sidik ifrazı sistemi zərərli maddələri orqanizmdən xaric etmək üçün aşağıdakı işləri görür:

  • * hüceyrələrdə baş verən maddələr mübadiləsi sayəsində qandan süzülən lazımsız maddələrin xaricə çıxmasına səbəb olur
  • * qanın turşu balansına nəzarət edir
  • * qanın və orqanizmin su-duz mübadiləsinə nəzarət edir
  • * böyrəküstü vəzilərdən ifraz olunan hormonların qan və hüceyrələrin mübadiləsindəki fəaliyyətinə təsirini tənzimləyir

Orqanizmin yaşaması üçün müxtəlif qida maddələri ilə qidalanmaları lazım gəlir. Orqanizm bu qidalardan özünə lazım olanlarında faydalanır, lazım olmadığını isə xaricə atır. Sidik ifrazı sisteminin fəaliyyətində aşağıdakı orqanlar iştidak edir.

  • * Sidik kisəsi kisəyə süzülüb gələn sidiyi yığıb saxlayır.
  • * Uterta böyrəklərdən sidik kisəsinə gələn sidiyin xaricə atılmasına iştirak edir.
  • * Böyrəklər sidiyin meydana glməsində rol oynayır. Boyrəklərdə qan süzülür, sidik əmələ gəlir. Böyrəklər milyonlarla nefronun birləşməsindən əmələ gəlmişdir.
  • * Sidik axarları böyrəklərdə əmələ gəlmiş sidiyi sidik kisəsinə daşıyır.

Sidik ifrazı sisteminin xəstəlikləri dedikdə sidiyin əmələ gəlməsi və xaric olunmasına iştirak edən orqanlarda baş verən xəstəliklər nəzərədə tutulur.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sidik ifrazı sistemi nədir?" haqqında müzakirə