BÖYRƏKDAŞI XƏSTƏLİYİ

  • Müəllif: elnare
  • Tarix: 9 yanvar 2017
  • Baxış sayı: 2 562
  • 0 rəy

Böyrəkdaşı xəstəliyi böyrəklərin kasacıq ləyən sistemində daşların əmələ gəlməsi ilə xarakterizə olunan xəstəlikdir.Bu xəstəlik bədəndə baş verən pozğunluqların bir növ təzahürüdür.Azərbaycan ərazisi Yer kürəsində böyrəkdaşı xəstəliyinin yayılmılş olduğu endemik zonalardan biridir,
Daşların kimyəvi tərkibi müxtəlif olur.
– kalsium tərkibli
– fosfat tərkibli
– urat tərkibli
Etialogiyası:Xəstəliyin etialogiyası və patigenezi elmə tam aydın deyil.Amma böyrəkdaşının əmələ gəlməsində bir çox faktorların rolu vardır,Bunların arsında sidik yollarının anadangəlmə və ya qazanılmış qüsurları nəticəsində sidikdə əmələ gələn durğunluq urodinamk dəyişikliklər,sidik yollarının infeksiyası mühüm rol oynayır.
Maddələr mübadiləsinin pozğunluqları,o cümlədən sidik turşusu,oksalat turşusu,fosfat kalsium mübadiləsinin pozulması nəticəsində baş verən diatezlərin də rolunu xüsusi qeyd eləmək olar.
Patogenezi:Böyrək daşını əmələ gəlməsi mürəkkəb bir prosesdir Onun əsasını böyrək parenximasında və sidikdə maddələr mübadiləsinin pozulması tutur.
Böyrəkdaşının yerləşdiyi yer çox vaxt onun ölçüsünə uyğun gəlmir,Daşlar adətən böyrək məməciyində və böyrəklərdə əmələ gəlir.Sidiyin tərkibindəki pH dan asıiı olaraq daşın kimyəvi tərkibi də müxtəlif olur.
Klinikası:Böyrəkdaşı xəstəliyinin əsas əlamətləri böyrəklərdə sancı,hemoturiya,piuriya,daşların öz özünə düşməsidir.Sidik yollarında sidiyin normal hərəkət edə bilməməsinə görə böyrəklərdə ağrılar olur.Ağrının intensivliyi urodinamikanın pozulmasının dərəcəsindən asılıdır.Böyrəklərdəki daşlar mərcanvari daşlardırsa ağrı küt,kiçik daşlardırsa ağrılar güclü olur.Böyrəklərdəki ağrılar çox vaxt daşların sidik axarına düşməsi səbəbli olur.Ağrıdan başqa .ürəkbulanma. tez tez sidiyəgetmə olur Xəstə özünə yer tapmır,beldən başlayan ağrılar sidik axarları boyunca yayılırXəstələr isti vanna qəbul edəndə sakitləşir sonra isə yenidən ağrının şiddətindən əzab çəkirlər.Çox vaxt ağrıkəsicilər onları sakitləşdirmir.Hərarətin artması da müşayət olunur.
Müayinəsi: Böyrək daşının müayinəsində əsasən USM və kompyuter tomoqrafiyanın cavabları böyük rol oynayir .Bundan başqa sidiyin bütün növ analizləri , qanda sidik cövhərinin,sidik turşusunun,kreatinin miqdarı analiz olunmalıdır.Xəstənin
arterial təzyiqinə nəzarət olunmalıdır
Ağırlaşmaları: Böyrəkdaşı xəstəliyinin ağırlaşmaları piolonefrit, böyrəyin hidronefrozu,paranefpitdir.
Müalicəsi:Xəstəliyin müalicəsi daşın növündən,kimyəvi tərkibindən, yerləşdiyi yerindən asılıdır.Müalicəsində antibiotiklərdən,ağrıkəsicilərdən , daşı parçalayan dərmanlardan istifadə olunur.
Hal hazırda böyrək daşları müalicəyə tabe olmursa onudistansion ekstrakorporal zərbə dalğaları ilə parçalayıb tökdürürlər. 3 ay müddətində daş heç bir müalicəyə tabe olmursa onu cərrahi yolla xaric edirlər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"BÖYRƏKDAŞI XƏSTƏLİYİ" haqqında müzakirə