Qaraciyərin bədxassəli şişi
Qaraciyərin bədxassəli şişi adətən qaraciyərin sirroz xəstəliyinin və B hepatitinin ağırlaşmasıdır. Bu xəstəlik birincili və ikincili olur. Birincili bədxassəli şiş toxuması qaraciyərin tamamilə özünün xəstəliyi kimi qiymətləndirilir. İkincili olduqda isə bədxassəli şiş toxuması mədə, yoğun bağırsaq, ağciyərlər və digər orqanların metastazı kimi meydana çıxır.
Qaraciyərin bədxassəli şişinə ən çox metastaz formada rast gəlinir. Xəstəliyə ən çox kişilər arasında rast gəlinir.
Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir:
Arıqlama – Xəstə hər gün yediyi yeməyi qəbul edir, amma sürətlə arıqlayır.
Qarında şişkinlik – Şişkinlik qaraciyərin böyüməsi və həzmin getməməsi səbəbindən olur.
Sarılıq – Sarılığın əmələ gəlməsinə ödün bağırsağa deyil qan vasitəsilə toxumalara yayılmasıdır.
Dəridə qaşıntı – Öd duzlarının qan vasitəsilə toxumalara yayılması səbəbindən baş verir.
Qaraciyərin iltihablaşması – Öd axarlarının tutulması və hemolitik anemiya səbəbindən əmələ gəlir.
Bunlardan başqa qaraciyər xərçəngi xəstədə bəzi əlamətlərlə özünü göstərə bilir:
– sağ qabırğa altında ağrı
– ürəkbulanma
– qarında xoşagəlməz hissiyat
– qarında köpmə hissi
– arıqlama
– halsızlıq
– zəiflik
– qusma
– temperatur.
Xəstəliyin əmələ gəlmə səbəbi tibb elminə hələ də məlum deyil. Amma qaraciyər sirrozunun, həddindən artıq spirtli içki qəbulunun, bəzi hepatit növlərinin xəstəliyin əmələ gəlməsində risk faktoru olduğu danılmır. Hər 3 qara ciyər xərçəngi xəstəsindən 1-inin xroniki spirtli içki qəbul etdiyi öz təsdiqini tapmışdır.
Xəstəlikdən tam şəkildə qorunmaq mümkün deyil, amma zərərli maddələrdən nə qədər uzaq olsaq, bir o qədər sağlam yaşayarıq.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qaraciyərin bədxassəli şişi" haqqında müzakirə