Spirtli içki səbəbli qaraciyərin zədələnməsi

  • Müəllif: admin2
  • Tarix: 9 aprel 2017
  • Baxış sayı: 1 771
  • 0 rəy

Spirtli içki səbəbli qaraciyərin zədələnməsi.

Spirtli içki səbəbli qaraciyərin zədələnməsi uzun müddət spirtli içki içən adamlarda baş verir. Spirtli içki qara ciyərin aşağıdakı cür zədələnmələrinə səbəb olur:

  • * piy toxumasının yığılması ( steatoz)
  • * iltihablaşma (alkohol hepatiti)
  • * fibroz qara ciyər ( sirroz)

Yuxarıda adları çəkilən xəstəliklərin ağırlıq dərəcəsi qəbul edilən spirtli içkinin miqdarında asılı olaraq dəyişir. Qadınlarda spirtli içki səbəbində baş verən qaraciyər xəstəlikləri kişilərdəkindən daha tez əmələ gəlir və qısa zamanda ağırlaşmalar verir.

Qadınlar gün ərzində 10 qram təmiz spirt (200 qram çaxır, 0,5 litr pivə və s.), kişiləri isə gün ərzində 50 qram təmiz spirt (0,5 litr çaxır, 1,25 litr pivə və ya 200 qram araq) qəbul etdikdə qaraciyərin xəstələnmə şansı çox olur.

Xəstəliyin əlamətləri qəbul edilən spirtin miqdarından və keyfiyyətindən asılı olaraq dəyişir. Erkən yaşlarından içməyə başlayan adamlarda 30-40 yaşlarından qara ciyərzədələnir. 40 yaşdan sonra isə qaraciyər tam zədələnmiş olur.

Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir:

  • * qarının sağ tərəfində ağrı
  • * qaraciyərin böyüməsi və sağ qabırğaaltı nahiyədə ağırlaşma hissi
  • * ağızda quruluq
  • * yorğunluq
  • * dəridə sarılıq
  • * iştahanın olmaması 
  • * ürəkbulanma
  • * ayaqlarda şişkinlik
  • * arıqlama

Spirtli içki içən adamların qara ciyəri zədədləndukdən onlarn dərilərinin rəngisarımtıl qara, xoşagəlməz tünd olur. Onların əl və ayaqlarının rəngi qırmızıya çalır, kapilyar damarlarda qansızmalar meydana çıxır. Dəridə ulduzcuq şəklində qansızmalar görünür. Belə xəstələrdə bəzən burun və ya bağırsaq qanaxmaları müşahidə edilir.

Uzun müddət spirtli içki qəbul edənlərin sinir sistemnidə də patoloji əlamətlər meydana çıxır. Belə adamlar əsəbi, həyəcanlı, bəzən halsız olur, onlarda keylik müşahidə edilir. Diqqət dağınıqlığı, yaddaşsızlıq, halyusiyasiya, əl və ayaqlarda əsmələr, ağrı, fiziki lənglik müşahidə edilir.

Belə kişilərin yumurtalıqları kiçilir, qadınları isə döşlərində böyümə baş verir.
Spirtli içki qəbulu səbəbindən qara ciyərdə əmələ gələn patologiyalara diaqnoz qoymaq üçün anamnez, laborator və diaqnostik müayinə metodlarından istifadə edilir.

Xəstəliyin yeganə müalicəsi spirtli içkidən imtina etməkdir. Sirroz əlamətləri başlamadıqda xəstəliyi müalicə etmək mümkün olur. Xəstəyə dezintoksikasiyaedici müalicə və vitamin müalicəsi tə

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Spirtli içki səbəbli qaraciyərin zədələnməsi" haqqında müzakirə