Bu qidalar sizin doymanıza və kilo almamağınıza səbəb olur.

  • Müəllif: elnare
  • Tarix: 23 may 2017
  • Baxış sayı: 5 325
  • 0 rəy

Kalorinin artmamasına səbəb olan qida maddələri. Bu qidalar sizin doymanıza və kilo almamağınıza səbəb olur.

Çəkimizin artmaması üçün biz müxtəlif qida maddələrindən imtina edirik. Bu isə əksər hallarda orqanizmdə vitaminlərin və mineralların miqdarının azalmasına və immunitütin aşağı düşməsinə səbəb olur. Sağlam şəkildə arıqlmamq üçün isə orqanizmə daxil olan kalorili maddələrin miqdarını azalıtmaq və az kalorili və vitaminlərlə zəngin qidalarla qidalanmaq lazımdır. Aşağıdakı qidalar sizə istədiyiniz vitaminləri kalorisiz şəkildə verə biləcək.

  1. 1. Kərəviz 
  2.  Kərəviz sıfır kaloriyə sahibdir. Onun 100 qramında 16 kalori var.
  3. 2. Brokoli 
  4. Brokoli kələmi liflərlə zəngin və orqanizm üçün faydalıdır. 100 qram brokoli kələmində 34 kalori var.
  5. 3. Alma 
  6. Alma antioksidantlar və minerallarla zəngindir. Onu günün istənilən vaxtında yemək olar və orqanizm üçün çox faydalıdır. 100 qram almada 52 kalori var.
  7. 4. Xiyar
  8. Xiyarın tərkibinin əsas hissəsini su təşkil edir. Diet saxlamaq məqsədilə istəniıən qədər xiyar yeməkdə fayda var. 100 qram xiyarın tərkibində 16 kalori var.
  9. 5. Portağal
  10. Portağalın tərkibi C vitamini və antioksidantlarla zəngindir. Onun 100 qramında 47 kalori var.
  11. 6. Kələm
  12. Kələm ürək xəstəliklərinə və xərçəng xəstəliyinə qarşı təsir göstərə bilir. Kələm arıqlamaq istəyənlər üçün ən ideal vasitələrdən biridir. Kələmin 100 qramında 25 kalori var.
  13. 7. Rəngli kələm
  14. Rəngli kələm iltihab əleyhinə təsirə malikdir. O ürəyin və həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Rəngli kələmin 100 qramında 25 kalori var.
  15. 8. Göbələk
  16. Göbələklərində tərkibində az kalori var. Onları souslara, qamburqerə və qovrulmuş soğana əlavə etmək mümkündür. Onun 100 qramında 38 kalori var.
  17. 9. Yerkökü
  18. Yerkökünün tərkibində olan vitaminlər görmənin yaxşılaşmasına səbəb olur. Yerkökünün qanda şəkərin miqdarını neytrallaşdırmaq qabiliyyəti də var. Onun 100 qramında 41 kalori var.
  19. 10. Qarpız
  20. Qarpız şirin və sulu meyvə olmaqla yanaşı az kaloriyə sahibdir. Onun tərkibində olan maddələr orqanizm rahatlıq verir. 100 qram qarpızın tərkibində 30 kalori var.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Bu qidalar sizin doymanıza və kilo almamağınıza səbəb olur." haqqında müzakirə