Kofeni aşağıdakı qayda ilə içmək arıqlamağa səbəb olur
- Müəllif: elnare
- Tarix: 19 aprel 2017
- Baxış sayı: 9 231
- 0 rəy
Hər səhər kofe içmək əsər insanların sevdiyi məşğuliyyətdir. Bu içki insanlara enerji, güc və sağlamlıq bəxş edir. İnsanların bir qismi kofe içməkdən imtina edir. Buna səbəb isə onlarda Parkinson xəstəliyinin, II tip şəkərli diabetin, bir qismində isə qaraciyər və böyrək xərçənginin olmasıdır. Bu xəstəliklər zaman xəstələrə kofe içməyə qadağa qoyulur. Bəzi həkimlər isə ürək əzələsinin möhkəmlənməsi üçün xəstələrə kofe içməyi məsləhət bilir.
Son illərdə kofenin orqanizm üçün təbii enerji mənbəyi, metobolizmi sürətləndirən vasitə və çəkinin azalmasını stimulyasiya etmək üçün bir vasitə olduğu sübut edilmişdir. Kofenin orqanizmdə yığılıb qalmış piyləri əritmək qabiliyyəti var. Ona bir-neçə digər məhsulun qatılması isə arıqlama prosesini sürətləndirir.
Resept
- * ¾ stəkan kakos yağı
- * ½ stəkan bal
- * 1 çay qaşığı darçın
- * 1 çay qaşığı kakao
Hazırlanması
Bütün mıhsullar qarışdırılır və şüşə qaba tökülüb ağzı örtülür. Hər səhər kofe içərkən bu qarışımdan 1-2 qaşıq kofeyə əlavə edilir və qaynar halda içilir. Kofeni bişirərkən ona əlavə edilən qarışımın yaxşı həll olunması üçün qarışdırılmalıdır. Bu qarışımın əlavə olnduğu kofe insanın enerjisini və fiziki aktivliyini artırır, artıq piylərdən xilas olmasına yardım edir. Bu kofe orqanizmdəki yağların ərinməsinə səbəb olan hormonların aktivləşməsinə yardım edir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Kofeni aşağıdakı qayda ilə içmək arıqlamağa səbəb olur" haqqında müzakirə