Kola, kofe narkotikdirmi?

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 3 303
  • 0 rəy

Kola, kofe narkotikdirmi?
Əgər siz kofe və ya kolanı hər gün içirsinizsə orqanizminizdə onlara  qarşı təlabat yaranır. Bə hər gün həmin qidanın qəbuluna orqanizmdə ehtiyac duyulur və siz onlardan asılı vəziyyətə düşürsünüzsə onda kofe və kola narkotik sayılır.
Kofe qəbulu insanın mərkəzi sinir sisteminə birbaşa təsir edir. Kofeyə ehtiyac duyan şəxs onu içən kimi zehninin açıldığını və fikirlərinin aydınlaşdığını deyir. Kofein həm də qaraciyərdə toplanıb qalmış şəkərin orqanizmdən xaric olmasına yardım edir. Asılılıq yarananda isə onu qəbul edən şəxs kofe içdikdən sonra əhvalının xoş olduğunu söyləyir. Eyni sözləri koka-kola qəbulu haqqında da demək olar. Normadan artıq kofe və ya kola qəbulu endokrin sistemə təsir göstərir. Bu səbəbdən də gündəlik kofe və kola qəbul edənlərdə nevroz əlamətləri üzə çıxır. Onlar istədikləri zaman bu içkiləri qəbul etməyəndə narkotik qəbul etməyən narkomana dönürlər.
Ohayo ştatının onkoloq-cərrahı doktor Con Minton apardığı araşdırmalarına əsaslanaraq süd vəzi və qalxanvari vəz xərçəngi xəstələrinin hər gün kofe içən adamlar arasında daha çox yayıldığını deyir.
Böyük Britaniyanın “Lanset” tibb jurnalında doktor Filipp Koul sidik kisəsi xərçəngi xəstələrinin gündəlik 5 fincan kofe qəbul edən şəxslər olduğunu qeyd etmişdir.
Amerikanın Tıbb Assosiyasiyasi jurnalı kofeinə mübtəla olan adamların tədricən yuxusuzluğa, soyuqqanlı insana çevriilməsindən bəhs edən məqalələrlə tez-tez əhalini maarifləndirir.
Diqqətli olun, siz də kofeinin aludəçisinə çevrilib həyatınızı zəhərləməyin!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kola, kofe narkotikdirmi?" haqqında müzakirə