Yayda ağcaqanad dişləməsi

  • Müəllif: elnare
  • Tarix: 6 yanvar 2017
  • Baxış sayı: 4 324
  • 0 rəy

Yayda ağcaqanad dişləməsi
Ağcaqanadlar insan və heyvan qanı ilə qidalanan həşəratlardır. Yaradan ağcaqanadlara heyvan və insan dərisini deşərək, qanlarını sovurmaq qabiliyyəti verib. Adətən ağcaqanad sancması insanı ağrıtmir, amma sancmadan sonra baş verənlər sağlıq üçün zərərli ola bilir.
Ağcaqanad sancmasının əlamətləri bunlardır:
*qaşıntı
*şişkinlik
*dəri tamlığının pozulması
*qızartı
*bəzən dəridə infeksiya ocağı
Bəzi isti ökələrdə ağcaqanad sancması ağır xəstəliklərə və ölümə səbəb ola bilir. Ağcaqanadlar bəzi xəstəliklərin yoluxmasına səbəb olurlar. Xəstə adamı və ya heyvanı sancan ağcaqanad, xəstəliyi sonradan sağlam adama yoluxdura bilir. Məsələn, malyariya xətəliyinin insanlara yoluxmasına səbəb ağcaqanadlardır. Ağcaqanad sancmasına ən çox uşaqlar məruz qalırlar. Həşəratın verdiyi zərərlərdən uzaq olmaq üçün uşaqlar yatan evin pəncərəsini xüsusi vasitələrlə örtmək və ya zərəsiz spreylərdən istifadə etmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yayda ağcaqanad dişləməsi" haqqında müzakirə