Hormon preparatları necə hazırlanır
Müasir dövrdə tibbdə və kənd təsərrüfatında hormon preparatlarından geniş istifadə edilir. Bu preparatları əldə etmək üçün istifadə edilən üsullar 3 qrupa bölünür:
1. Hormonların bioloji materialdan alınması.
2. Hormonların kimyəvi sintezi.
3. Gen mühəndisliyi üsulları.
Bioloji materialdan alınmış preparatları əldə eləmək üçün iri sallaqxanalarda farmokoloji sexlər təşkil edilir. Burada yeni kəsilmiş qaramal, qoyun, donuz və s. heyvanların endokrin vəzilərinin estraktından təbii hormonların təmizlənmiş preparatları əldə edilir. Bundan ötrü sağlam heyvanları kəsərkən dərhal onların endokrin vəziləri çıxarılaraq ətraf toxumadan təmizlənir və dondurulur. Sonra bu vəzilərdən xüsusi hazırlanmış texnolojiyalar vasitəsilə hormonal preparatlar alınır. Bu üsulla insulin, qlükaqon, AKTH, melanotropin kimi hormonların preparatları hazırlanır.
Kimyəvi sintez üsulu ilə hazırki dövrdə steroid hormonları, onların əvəzediciləri və törəmələri tiroid hormonları və aminturşu törəməsi olan digər hormonlar və bəzi peptid hormonlar əldə edilir. Bunlara aşağıdakıları misal göstərmək olar:
– adrenalin
– noradrenalin
– melatonin
– oksitosin
– vazopressin.
Kimyəvi sintez üsulu ilə sintetik insulin də əldə edilir ki, onun vasitəsilə orqanizmdə uzun müddət və daha qüvvətli təsir əldə etmək olur. Orqanizmdə uzunmüddətli və güclü təsirə malik olan digər hormonlar da vardır ki, onlar kimyəyi sintez yolu ilə əldə edilir. Bunlara aşağıdakı hormonlar aiddir:
– prednizalon
– deksametazon
– triamsinalon
– sinalar
– lokakorten
– proqestron
– etisteron
– sinestrol və s.
Sintetik üsulla alınan hormonların dozası çəki vahidləri ilə hesablanır.
Hormonal preparatlar gen mühəndisliyi ilə əldə edilən zaman zülal strukturlu hormonlar, heyvan orqanizmindən alınan preparatlardan az da olsa fərqlənir. Bu məqsədin tətbiq edilməsi daha əlverişlidir. Bu məqsədlə müvafiq hormonun sintezinin kodlaşdırıldığı gen insan heceyrələrindən tədric edilərək patogen xassəyə malik olmayan mikroorqanizmlərin hüceyrə nüvəsinə daxil edilir. Belə mikroorqanizmlər spesifik qidalı mühitdə saxlanılaraq çoxaldılır və onların həyat fəaliyyətinin məhsulları arasında olan hormon təmizlənərək dərman preparatı formasına salınır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Hormon preparatları necə hazırlanır" haqqında müzakirə