Üzdəki tüklərdən birdəfəlik xilas olmağın yolları.
- Müəllif: elnare
- Tarix: 27 may 2017
- Baxış sayı: 10 786
- 0 rəy
Üzdəki tüklərdən birdəfəlik xilas olmağın yolları. Sadə ev resepti ilə üzünüzdəki tüklərdən asanlıqla xilas olmağın yolları
Üzdə olan xoşagəlməz tüklər bütün qadınlarda diskomfort hissi yaradır. Üzdə əmələ gələn tüklərin miqdarının artması hormonal disbalansın pozulması, endokrin sistemdə meydana gələn patologiyalar nəticəsində baş verir. Bəzən isə uzun tüklərin üzdə əmələ gəlməsi irsiyyətdən asılı olaraq meydana çıxır. Yuxarıda saydığımız səbəblərdən əmələ gələn tüklər çıxarıldıqda qısa bir zamanda onun yerin yeniləri əmələ gəlir. Aşağıdakı vasitələrdən istifadə etməklə siz yeni tüklərin əmələ gəlməsini ləngidə və onlardan birdəfəlik xilas ola bilərsiniz.
1. Limon və bal
Tüklərinizi çıxardıqdan sonra iri tüklər olan nahiyəni 2-3 dəqiqə limon şirəsi qatılmış balla massaj edin. Sonra bu maskanı üzünüzə sürtün və 30 dəqiqədən sonra üzünüzü iti su ilə yuyun.
2. Nanə
Üzdə əmələ gələn cod tüklər qadın orqanizmində androgen hormonlarının artması ilə əlaqədar olur. Gün ərsində 1 stəkan nanə çayı içməklə siz bu problemi həll edə bilərsiniz.
3. Noxud unu
Noxud unu, sarıkök və isti su qarışımından hazırlanan maskanı tükləri aldıqdan sora üzə qoyduqda tüklərin çıxması ləngiyir. Bunun üçün noxud unu, sarıkök və ilıq su qarışdırılıb üzə sürtülür və 15 dəqiqədən sonra üz isti su ilə yuyulur.
4. Qrin Qrem tozu və üz silmək üçün itifadə edilən qızılgül suyu
Qrin Qrem tozu təbii təmizləyici məhsuldur. Üzün tükləri alındıqdan sonra tozu qızılgül suyu ilə qarışdırıb üzə sürtükdə tüklər gec çıxmağa başlayır və sonra təzə tüklər əmələ gəlmir. Maskanı hazırlamaq üçün 2 xörək qaşığı toza 1,5 qaşıq qızılgül suyu və 1 xörək qaşığı limon şirəsi əlavə edilir. Bu maskanı gündə 2 dəfə üzə tətbiq etdikdə qısa müddətdən sonra tüklər çıxmır.
5. Papayya və sarıkök maskası
Təzə tüklərin çıxmasının qarşısını alan vasitələrdən biri də papayya ilə sarıkök maskasıdır. Maska papayya meyvəsinin lətli hissəsinin əzilmişi ilə sarıkök qarışımından hazırlanıb. Bu maskaanı üzə sürtüb 15 dəqiqə massaj etdikdə tüklərin çıxmasını ləngidir və qarşısını alır.
6. Yumurta maskası
Yumurta maskası üzdə olan xoşagəlməz tüklərdən xilas olmaq üçün ən yaxşı vasitədir.Bunun üçün bir yumurta sarısını 1 xörək qaşığı şəkər tozu və 1 xörək qaşığı qarğıdalı unu ilə qarışdırıb qatı maddə alınır. Bu maddə xoşagəlməz tüklər olan nahiyyə sürtülür və maskanın quruması gözlənir. Maska quruduqdan sonra onu üzdən götürdükdə tüklər də kökündən çıxır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Üzdəki tüklərdən birdəfəlik xilas olmağın yolları." haqqında müzakirə