Üz üçün “Minus 10 maskası”

  • Müəllif: elnare
  • Tarix: 21 may 2017
  • Baxış sayı: 5 184
  • 0 rəy

üz üçün “Minus 10 maskası”

Sizə təqdim edəcəyim maska dərinin regenerasiyasını sürətləndirir, ölmüş toxumaları bərpa edir, dərinin rahatlaşdırır, tonusunu qaldırır, müsbət təsir edir. Maska yaşıl çayla hazırlanır və dəridəki qırışlrın açılmasına səbəb olur. Maskanı 6-8 həftə etdikdə dəridə arzu olunan effekti görmək mümükün olur. Maskanı bir-neçə dəfə tətbiq etdikdə onun dəridə yaratdığı möcüzələri görmək olur.

Maskanın hazırlanması:

  • * üyüdülmüş yaşıl çay – 1 xörək qaşığı
  • * kakao tozu – 0,5 xörək qaşığı
  • * bal – 1 çay qaşığı
  • * qaynar su
Kakao tozu və yaşıl çay qaynar suda qarışdırılaraq həlim halına salınır, soyuduqdan sonra ona bal əlavə edilir və qarışdırılır.Qarışım qatı olarsa ona az miqdarda ​zeytun yağı​​​ əlavə eləmək olar. Maska üzə sürtülür və 20 dəqiqə saxlanıldıqdan sonra isti su il yuyulur. Üzü qurutduqdan sonra dəriyə yumşaldıcı krem sürtülür. Maska 3 gündən bir 6-8 həftə tətbiq edilir. İstədiyiniz effekti aldıqdan sonra maskanı ayda bir dəfə təkrarlamağınız kifayətdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Üz üçün “Minus 10 maskası”" haqqında müzakirə