Cinsi əlaqə vasitəsilə yoluxan xəstəlik - Qonoreya.

  • Müəllif: elnare
  • Tarix: 11 avqust 2017
  • Baxış sayı: 6 860
  • 0 rəy

 Cinsi əlaqə vasitəsilə yoluxan xəstəlik -  Qonoreya.
El arasında soyuqlama adı ilə tanınan bu xəstəlik qadından kişiyə və ya kişidən qadına cinsi əlaqə vasitəsilə yoluxur. Xəstəlik özünü cinsi əlaqədən az müddət sonra axıntının olması ilə göstərir. Xəstəliyin törədiciləri qonokokklardır. Qonoreya xəstəliyinə ən çox 30-40 yaş arasında olan adamlarda rast gəlinir. Qonoreya cinsi yolla yoluxan xəstəliklərin siyahısında ilk yerdə durur. Qonoreyaya 10% hallarda isə hamamlardan və ya saunlardaa istifadə edilən natəmiz dəsmallardan yoluxa bilir.
Soyuqlama adlandırılan qonoreya xəstəliyinin kişilərdə aşağıdakı əlamərlərlə özünü biruzə verir:
* bel ağrıları
 * qasıq ağrıları
* sarı rəngli axıntı
* sidiyə çıxarkən yanğı
* tez – tez sidiyə çıxma.
Kişilərdə qonoreya xəstəliyi vaxtında müalicə edilməzsə, o zaman mikrob orqanizmin digər bölgələrinə yayılır və başqa xəstəliklərin meydana gəlməsinə səbəb olur. Xəstəliyin vaxtında müalicə edilməməsi ən çox konyuktivanın iltihabına və korluğa səbəb ola bilir.
Qonoreya xəstəliyi qadınlarda aşğıdakı əlamətlərlə özünü göstərir:
* qasıq ağrıları
* iyli və yanğılı sidik ifrazı
* tez-tez sidiyə çıxma
* qatı və iyli aybaşı qanaxması
* sarı rəngli axıntı.
Xəstəlik vaxtında və düzgün müalicə olunmadıqda boruların tutulmasına, bu səbəbdən də hamiləliyin baş verməməsinə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Cinsi əlaqə vasitəsilə yoluxan xəstəlik - Qonoreya." haqqında müzakirə