Quş qripinə yoluxmamaq üçün nə etməli?

  • Müəllif: admin1
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 1 900
  • 0 rəy

Quş qripinə yoluxmamaq üçün nə etməli?
Son illər həyat üçün təhlükə törədən yoluxucu xəstəliklər qrupuna quş qripi xəstəliyi də daxil edilmişdir. Tibbi-tarixi araşdırmalara görə bu xəstəliyə 100 il əvvəl İtaliyada təsadüf edilmişdir. Quşlarda bu qripin 15 növü mövcuddur. Bunlardan ən təhlükəli olanı H5 və H7 növləridir. Bu virusa ev quşları (qaz, ördək, toyuq, hindtoyuğu), köçəri və ov quşları yoluxurlar. Quş qripi aşağı temperatura davamlıdır və asanlıqla yayılır.
Bu xəstəlik 1997-ci ildən tam kəskinliyi ilə meydana çıxdı və 104 milyon quşu məhv etdi. 2003-cü ildə isə Asiya ölkələrində peyda oldu və insanları yoluxdurdu.
H5 və H7 virusu xəstə quşun nəcisi qarışan suyu içdikdə və ya xəstə quşla təmas olduqda baş verir. Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir:
* əsəbilik
* yüksək hərarət
* boğaz ağrısı
* öskürək
* ağciyərdə ağrı hissinin olması.
Quş qripi zamanı hüceyrələr lazımi qədər oksigenlə qidalanmadığına görə bədəndə göyərməyə səbəb olur.
Hazırda quş qripinin peyvəndi yoxdur, immuniteti zəif  olanların ölümünə səbəb olur. Quş qripi xəstəliyindən ölənlərin əksəriyyəti azyaşlı uşaqlar və 50 yaşından yuxarı olan və normal qidalanmayan insanlardır.
Quş qripinə yoluxmamaq üçün lazım olan tədbirlər aşağıdakılardır:
1. Quş qripi virusları 70* S-də məhv olur. Yaxşı bişirilməmiş və qanlı quş ətində virusun olma ehtimalı daha çoxdur.
2. Qrip təhlükəsi daşıyan quşların lələkləri və peyini ilə təmasdan qaçmaq lazımdır.
3. Qrip virusu heyvanların otladığı hər yerdə ola bilir. Buna görə də əlləri tez-tez yumaq lazımdır.
4. Qrip və bu kimi viruslara yoluxmamaq üçün immun sisteminin yüksək olması lazımdır. Bunun üçün düzgün qidalanmaq, yuxu rejiminə əməl etmək, vitaminli qidalardan istifadə etmək və C vitamini qəbul etmək lazımdır.
5. Virus xəstə toyuqların yumurtalarında da olduğu üçün yumurtanı yüksək temperaturda yaxşıca qaynatmaq lazımdır. Yumurtanı soyuducuya qoymazdan əvvəl  sabunlu su ilə yuyulmalıdır.
6. Bişirilməmiş toyuq əti üçün istifadə edilən qabları açıq yerlərə qoymaq olmaz. Onlar təmiz yuyulmalıdır.
7. Toyuq məhsulları ilə iş görərkən əlcək geyinilməlidir.
8. Qrip şübhəsi varsa, baytara müraciət edilməli və xəstə quşlar məhv edilməlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Quş qripinə yoluxmamaq üçün nə etməli?" haqqında müzakirə