Yuxusuzluğu aradan qaldıran çaylar

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 4 726
  • 0 rəy

Yuxusuzluğu aradan qaldıran çaylar
Bu bitki çayları sinir sistemini sakitləşdirir, əzələlərdə olan gərginliyi aradan qaldırır və yuxu problemlərinin həllində yardımçı olur. İnsana sakitlik bəxş edən bu çayları həddindən çox və yuxu dərmanları ilə birlikdə qəbul etmək olmaz. Yuxugətirici və sakitləşdirici çayların axşam yatmazdan 1 saat əvvəl içilməsi məsləhətdir.
Pişikotu dəmləməsi.
Pişikotu çayı ağrılar, aybaşı sancıları, əsəb xəstəlikləri zamanı, sinir sistemi xəstəliklərində, gərginliklər zamanı və yuxusuzluqda istifadə edilir. Pişikotu çayı əzələ və daxili orqanlarda olan spazmları aradan qaldırır, arterial təzyiqi aşağı salır və yuxunu dərinləşdirir. Bəzi insanlarda həyəcan və qorxunu aradan qaldırmaqla yanaşı, ürəkdöyünmənin sayını azaldır.
Çərxifələk çayı.
Bu çay sakitləşdirici, rahatladıcı təsirə malik bitki çayıdır. Əzələlərdəki spazmları aradan qaldırır, insana xoşbəxtlik duyğusu bəxş edir. Sedativ və ağrıkəsici təsirə malikdir. Çərxifələk bitkisindən əldə edilən bəzi kimyəvi maddələrdə II Dünya Müharibəsi zamanı Alman ordusunda vuruşan əsgərlərə dərman şəklində istifadə edilmişdir. Normadan artıq içildikdə halsızlıq verə bilir. Spirtli içki qəbulu və depressiya dərmanları ilə birlikdə qəbul edilməsi qadağandır.
Şərbətçiotu çayı.
Rahatladıcı, yuxugətirici və antiseptik təsirə malik olan bir çaydır. Həyəcanı aradan qaldırır və həzmi yaxşılaşdırır. Hamilələrə istifadə etmək olmaz.
Çobanyastığı çayı.
Antiseptik, ağrıkəsici və sakitləşdirici təsirə malik bir bitki çayıdır. Şərbətçiotu ilə qarışdırılıb içildiyi zaman daha keyfiyyətli olur.
Yuxusuzluğu aradan qaldırmaq üçün bəzi məsləhətlər:
* Axşam yeməyinizi yatmazdan ən azı 2 saat əvvəl yeyin.
* Kofeinli içkilərdən uzaq durun.
* Yatmazdan əvvəl həyəcanlı filmlər izləməyin.
* Hər axşam eyni saatda yatağa girməyə çalışın.
* Gündüz yatmayın.
* Yataq otağını qaranlıq və sərin edin.
* Yatana yaxın şokolad və bəzi enerji verən qidalar yeməyin.
* İdmanla məşğul olun.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yuxusuzluğu aradan qaldıran çaylar" haqqında müzakirə