Həzm sisteminin hormonları

  • Müəllif: elnare
  • Tarix: 13 yanvar 2017
  • Baxış sayı: 4 056
  • 0 rəy

Həzm sisteminin hormonları.
Həzm sisteminin müxtəlif hissələrində endokrin xassəli hüceyrə qrupları aşkar edilmişdir. Bu vəzilərdə sintez edilən bioloji aktiv maddələr həzm sisteminin sekresiyasına stimulyasiyaedici və ya dayandırıcı təsir göstərir, öd kisəsinin hərəki funksiyasını tənzim edir. Bunların bir hissəsi həzm sistemindən əlavə, mərkəzi sinir sistemində, digər endokrin vəzilərdə və başqa orqanlarda da sintez edilir.
Həzm sistemi hormonlarının hamısı peptid strukturuna malikdir. Bunların bir hissəsini təsir mexanizminə görə həqiqi hesab eləmək olar. Bu hormonlara aiddir:
– sekretin
– qastrin
– xolesistokinin.
Bu fizioloji aktiv maddələrin əksər hissəsi ya parakrin, ya da neyroendokrin mexanizmlər üzrə təsir göstərir. Mütəxəssislər həzm sisteminin hormonal xassəli bioloji aktiv maddələrini 2 qrupa bölmüşlər. Bunlar hormonlar və hormonluğa namizədlərdir.
Sekretin onikibarmaq bağırsağın yuxarı hissəsində sintez olunur və mədəaltı vəzdən bikarbonatların sekresiyası vasitəsilə əmələ gəlir.
Qastrin onikibarmaq bağırsaqda sintez edilir. Mədənin selikli qişasından xlorid turşusu və pepsin sekresiyasına nəzarət edir.
Xolesistokinin onikibarmaq və nazik bağırsaqda sintez olunur, öd kisəsinin hərəki funksiyasını artırır.
Peptid nazik bağırsaqda sintez edilir. Peptid mədədə xlorid turşusunun sekresiyasını azaldır, qlükozanın artıq hissəsinin insulin sekresiyasına stimulyasiyaedici təsirini gücləndirir.
Motilin nazik bağırsaqda sintez olunur, bağırsaqların hərəki funksiyasını artırır.
Somatostatin mədə, onikibağırsaq və mədəaltı vəzdə sintez olunur, həzm sistemində müxtəlif proseslərə ləngidici təsir göstərir.
Pankreas polipeptidi mədəaltı vəzdə sintez olunur, bikarbonat və zülal sekresiyasını azaldır.
Enkefalinlər mədə, onikibarmaq bağırsaq və öd kisəsində sintez olunur, orqanizmə opiumabənzər təsir göstərir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Həzm sisteminin hormonları" haqqında müzakirə