Mədəaltı vəzi xəstəliklərinin ev şəraitində xalq təbabəti ilə müalicəsi

  • Müəllif: elnare
  • Tarix: 2 aprel 2019
  • Baxış sayı: 14 165
  • 0 rəy

Mədəaltı vəzi insan orqanizmində vacib orqanlardan biri hesab edilir və həzm sistemində yaxından iştirak edir. Bu orqanın xalq təbabəti üsulları ilə müalicəsi sağlamlıqla əlaqədar bir çox problemlərin aradan qalxmasına səbəb olur.
Aşağıdakı təbii vasitələrdən istifadə etməklə ev şəraitində mədəaltı vəzi xəstəliklərini aradan qaldıraraq bu problemlərdən azad olmaq mümkündür.
Mədəaltı vəzinin xalq təbabəti ilə müalicəsi
1 Şüyüd toxumu
Bir çay qaşığı şüyüd toxumu bir stəkan qaynar suya əlavə edilir. Bir saat sonra dəmləmə hazır olur və daxilə qəbul edilir. Bir stəkan dəmləmə gün ərzində az- az içilərək qəbul edilir.
2 Yulaf
Yulaf mədəaltı vəzə müsbət təsir edən qidalardandır. Yağ və duz əlavə edilmədən suda bişirilən yulaf yemək məgəalıtı vəzi fəaliyyətini yaxşılaşdırır. Müalicə məqsədilə yulaf bir həftə ərzində gündə bir-neçə dəfə qəbul edilməlidir. Bu zaman yulafın üzərinə qaynar su tökülür və gün ərzində 3 dəfə yarım stəkan olmaqla qəbul edilıir.
3 Yulaf südü
Pankreatit zamanı yulaf südündən istifadə etmək xəstəlik əlamətlərinin azalmasına və aradan qalxmasına səbəb olur. Yulaf südü yulaf dənələrindən hazırlanır.
Yarım stəkan yulaf təmiz yuyulur və üzərinə yarım litr qaynar su əlavə olunub qaynamağa qoyulur. Qaynamağa başladıqda odun istisi azaldılır və qarışım zəif odun üstündə 45 dəqiqə müddətində qaynadılır. Sonra bişib yumşalmış yulaf qazanın içərisində taxta döyənəklə əzilir və yenidən yarım saat zəif odun üstündə qaynadılır. Sonra qarışım süzülür . Süzülmə zamanı tənzifdən deyil kapron corabdan istifadə etmək lazımdır. Qarışım süzüldükdə südəbənzər maye əldə edilir. Bu süd hər qida qəbulundan öncə yarım stəkan qəbul edilməlidir. Müalicə zamanı südəbənzər maye 2-3 gün içilir və yenidən yulaf südü hazırlanır.
4 Limon+cəfəri+sarımsaq
Bir kiloqram limon, 300 qram cəfəri və 300 qram sarımsaq götürülür. Limonun tumları təmizlənir, amma, qabığı soyulmur. Hər 3 məhsul ət maşınından keçirilərək qarışdırırlır. Qarışım şüşə qaba tökülür və soyuducuda saxlanılır. Bu qarışımdan gündə 3 dəfə olmaqla 1 çay qaşığı yeməkdən əvvəl qəbul edilir.
Xalq təbabəti yolu ilə mədəaltı vəzini müalicə edərkən müalicənin effektini artırmaq üçün çiyələk, qaragilə bə yemişan yarpaqlarından hazırlanmış dəmləmə içməkdə fayda var.
5 Qarabaşaq + kefir
Qarışım axşam hazırlanmalı, səhəri gün qəbul edilməlidir. Qarışımın hazırlanması üçün yarım litr kefirə bir stəkan qarabaşaq əlavə edilir və qarışdırılır. Qarışım axşamdan səhərə qədər dincəlməyə qoyulur. 12 saatdan sonra qarışım iki hissəyə ayrılır, bir yarısı səhər, digər yarısı isə axşam yeyilir. Bu müalicə ən azı 2-3 gün başqa qida qəbul edilmədən tətbiq edildikdə daha çox faydalı olur. Müalicə müddətində buğda bişirilmiş tərəvəzlər yemək mümkündür. Bəzən bir neçə ədəd meyvə yemək də müalicəyə pis təsir göstərmir. Üç gün müalicə olunduqdan sonra 10 günlük fasilədən verib yenidən müalicəni tətbiq eləmək mədəaltı vəz üçün çox faydalıdır. Bu müalicənin tətbiq edənlər onun faydasını qısa müddət ərzində görürlər. Müalicədən sonra orqanizm yüngülləşir, mədəaltı vəzin ağrıları dayanır, köp və qaz əlamətləri aradan qalxır.
6 Bitki qarışımlarından dəmləmə
Qədim zamanlarda bilicilər mədəaltı vəzin iltihabi xəstəliklərini sağaltmaq üçün müxtəlif bitki qarışımlarının dəmləməsindən istifadə ediblər. Dəmləməni hazırlayarkən xırdalanmış nanə yarpaqları, şüyüd toxumu, andız kökü, quşotu yarpaqları, dzıotu və keşnişdən istifadə edilib. Hər bitkidən iki çay qaşığı götürülərək qarışdırılır və üzərinə 2 stəkan qaynar su əlavə edilib bir saat müddətində dəmlənir. Dəmləmə səhər və axşam yarım stəkan olmaqla qəbul edilir. Nəzərə almaq lazımdır ki, dəmləmə hər səhər hazırlanmalı, gün ərzində qəbul edilməli və sabahkı gün üçün təzə dəmləmə hazırlanmalıdır.
7 Ağcaqovaq kökündən hazırlanan çövhər
Ağcaqovaq meşəsi yaxınlığında yaşayan kənd əhalisi qara ciyər, mədə və mədəaltı vəzi fəaliyyətinin yaxşılaşması üçün bu ağacın kökündən istifadə edir. Müalicə məqsədilə gənc ağcaqovaq ağacının kökü toplanır. 300 qram təmiz yuyulmuş kökün üzərini örtəcək qədər su tökülür və yarım saat qaynadılır. Qaynadıqdan sonra qarışım 12 saat müddətində dəmlənməyə qoyulur və suyun içərisindəki ağcaqovaq kökü çıxarılır. Bu sudan 50 ml olmaqla gündə iki dəfə səhər və axşam içilir.
8 Kartof şirəsi
Pankreatitdən əziyyət çəkən şəhər əhalisi üçün ən əlçatan müalicə kartof şirəsi ilə aparılan müalicə üsuludur. Bu zaman iki ortaboy ölçüdə olan kartof götürülür, yaxşıca yuyulur, qabığı soyulur və sürtçəgin xırda gözündən keçirilir. Əldə edilən kütlə tənzifdən süzülür və yarım stəkan səhər və yarım stəkan axşam olmaqla qəbul edilir. Yadda saxlamaq lazımdır ki, kartofun tərkibində nişasta olduğu üçün bu müalicəni 14 gündən çox tətbiq etmək məsləhət görülmür. Müalicə müddəti bitdikdən sonra fasilə verib yenidən davam etmək mümkündür. Kartof şirəsi ilə müalicə ev şəraitində aparıldığına görə onu fasilələrlə 3 dəfədən çox tətbiq etmək məsləhət görülmür.
9 Qatıqla müalicə
Bu süd turşusu məhsulunu daxilə qəbul etmək mədəaltı vəzi fəaliyyətinin yaxşılaşmasına səbəb olur. Yatmazdan əvvəl qatıq və ya kətan toxumu əlavə edilmiş qatıq içmək mədəaltı vəzi üçün çox faydalıdır. Qatıqda isladılmış pambıq parçanı mədə nahiyəsinə qoyub bağlamaq da mədəaltı vəzi fəaliyyətinə müsbət təsir göstərir. Bu zaman qatıqlı parçanın üstü selofanla örtülməli və həmin nahiyə qalın yun şərflə bağlanmalıdır. Bu müalicə pankreatit əlamətlərinin azalmasına və yüngülləşməsinə səbəb olur.
10 Bitki dəmləməsi
Çobanyastığı, gülümbahar və solmazçiçəyi otlarından hazırlanmış bitki dəmləməsi pankreatit əlamətlərini aradan qaldırır. Bitki qarışımından bir qaşıq götürülür və 1 stəkan qaynar suda 30-40 dəqiqə dəmlənib içilir.
11 Zirinc
1 xörək qaşığı xırdalanmış zirinc kökü 200 ml qaynar suda 20-30 dəqiqə qaynadılır və soyuduqdan sonra qəbul edilir. Bu dəmləməni gün ərzində 3-4 dəfə qəbul etmək lazımdır. Bu dəmləmə pankreatit ağrılarını aradan qaldırır.
12 Göyüş ağacı
Göyüş ağacının yarpaqlarını xırdalayıb üzərinə qaynar su əlavə edərək 30 dəqiqə saxladıqdan sonra içmək mədəaltı vəz xəstəlikləri zamanı çox faydalıdır.
13 Ayıpəncəsi
Ayıpəncəsi kökünün xırdalanmışdan bir xörək qaşığı götürülür və üzərinə 200 ml qaynar su əlavə edilib 3 saat dəmlənməyə qoyulur. Sonra dəmləmə 10 dəqiqə ərzində zəif odda qaynadılır. Qarışım süzülür və yeməkdən əvvəl gündə 3 dəfə yarım stəkan olmaqla qəbul edilir.
14 Zirə kökü
Zirə kökü mədəaltı vəzi xəstəlikləri zamanı istifadə edilən xalq təbabəti vasitələrindən biridir. Bir xörək qaşığı zirə kökü bir stəkan qaynar suda saxlanılır, soyuduqdan sonra süzülür. Qarışım yeməkdən əvvəl 1 çay qaşığı olmaqla qəbul edilir.
15 Mineral sular
Ev şərasitində mədaltı vəzinin müalicəsi zamanı mineral su sayılan "Yessentuki № 4"dən istifadə etməkdə fayda var. Bu zaman isə mineral suyun qazsız olması vacibdir.
16 Adi kasnı
2 çay qaşığı adı kasnı kökü xırdalanır və üzərinə 1 stəkan qaynar su əlavə edilir. Soyuduqdan sonra dəmləmə süzülür və gün ərzində udum-udum içilir.
Ehtiyat tədbirləri və əks göstərişlər
Nəzərə almaq lazımdır ki, mədəaltı vəzi həyat əhəmiyyətli orqanlardandır və onun xalq təbabəti üsulları ilə müalicəsi zamanı çox diqqətli olmaq lazımdır. Onu da yadda saxlamaq lazımdır ki, hər bir orqanizm bu müalicə metoduna müxtəlif cür reaksiya verir.
Müalicə zamanı ekoloji cəhətdən təmiz olan ağacaqovaq kökündən istifadə olunmalıdır. Kartof şirəsi ilə müalicə olunan zaman tərkibində zəhərli maddələr olan kartofdan istifadə etmək məsləhət görülmür. Müalicə ağartı məhsulları ilə aparıldığı zaman isə məhsulun təzəliyinə və keyfiyyətliliyinə diqqət yetirmək vacibdir.
Hər bir orqanizmin müalicə zamanı istifadə olunan məhsullara qarşı həssaslığına da diqqətlə yanaşmaq lazımdır. Bəzi insanların orqanizmi bəzi bitkilərə qarşı həssas ola bilir. Bu isə allergiya reaksiyalarının baş verməsinə səbəb olur.
Arterial təzyiqi aşağı olanlar nanə tərkibli qarışımlardan, yuksək tempraturu olanlar idə daziotu tərkibli bitki dəmləmələrindən istifadə edərkən diqqətli olmalıdırlar. Fitoterapiya zamanı allergiya əlamətlərinin meydana çıxa biləcəyini yaddan çıxarmamaq lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Mədəaltı vəzi xəstəliklərinin ev şəraitində xalq təbabəti ilə müalicəsi" haqqında müzakirə