Bəzi uşaq xəstəliklərində təbii müalicə
Müasir dövrün müalicə çətinliklərini nəzərə alaraq bir sıra uşaq xəstəliklərinin xalq təbabəti yolu ilə müalicəsi barədə məlumat verməyi faydalı hesab edirik.
Uşaqlarda ishal baş verərsə, ona armud dəmləməsi kömək edər. Dəmləmə belə hazırlanır; qurudulmuş armudu xırda–xırda doğrayıb çaynikə tökürlər, üstünə qaynar su alıb, 4 saat dəmdə saxlayırlar, sonra züzürlər. Ondan uşağa gündə 3 dəfə, hər dəfə 50 qr içirdirlər.
Uşağın qulağı ağrıyırsa şüyüd yarpaqlarını barmağınızın arasında əzin ki, bir az suyu çıxsın. Ondan balaca fitil düzəldin, uşağın ağrıyan qulağına qoyun. Fitili bir az uzun edin ki, çıxarmaq asan olsun.
Bəzi uşaqlarda boy artımı zəif olur. Onda belə bir üsul xeyirlidir: 2 stəkan qaynar südə 1 ədəd yumurta qatıb möhkəm çalın. Bu qarışıqdan gündə bir neçə dəfə uşağa içirtmək lazımdır. Bu həmin aradan qaldırmağa qadirdir.
Kəskin bağırsaq infeksiyasında yerkökü həlimi kara gəlir. Yerkökünü sürtkəcin iri gözündən keçirin. Onu 1 stəkan suya qatıb yarım saat qaynadın və süzün. Həlimə azca düz qatın və qaşıq-qaşıq uşağa gün ərzində bir neçə dəfə verin.
Əgər təzə doğulmuş uşağın göz qapaqları şişib və qızarıbsa, gözdən yapışqanlı, irinli maye axırsa, onda uşağın gözünə aptek çobanyastığı çiçəklərinin cövhəri ilə isladılmışkompres qoymaq lazımdır.
Xaiq təbabətində göyöskürəyin ən təsirli dərmanlarında biri bu qayda ilə hazırlanır: orta böyüklükdə bir baş sarımsaq götürüb onun beş dişini ayırın. Xırdaca doğrayın və döyün. Pasterizə edilmiş bir stəkan südün içinə töküb qaynadın. Bundan gündə 3-4 dəfə, 1 xörək qaşığı uşaqlara vermək oluqca yaxşı təsir göstərir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Bəzi uşaq xəstəliklərində təbii müalicə" haqqında müzakirə