Qara zirə yağının bilmədiyiniz faydaları

  • Müəllif: elnare
  • Tarix: 27 iyul 2018
  • Baxış sayı: 7 086
  • 0 rəy

Qara zirə ikiillik bitki olub çətirkimilər fəsiləsinə aiddir. Onun boyu bir metrə qədər qalxa bilir. Qara zirə möhkəm kök və gövdə sisteminə malikdir. Onun budaqlarının üstündə yarpaqlar sıra ilə düzülmüş şəkildə olur. Yarpaqlar yaşıl rəngdə olaraq, yuxarıya doğru getdikdə kiçilməyə başlayır. Onun hər budağının başında bir çiçək əmələ gəlir. Qara zirənin çiçəkləri kiçik ölçüdə və 5 ləçəkdən ibarət olur. Qara zirənin ədviyyat vasitəsi kimi qara rəngli toxumlarından istifadə edilir. Onun toxumları ikitərəfli toxum kisəsinin içərisində yerləşir. Qara zirə yay aylarının əvvəllərində və ya ortalarında çiçək açır və yayın sonlarında toxumlayır.
Qara zirəyə ən çox Qafqaz dağlarında, Rusiyanın Avropa hissəsində, Orta Asiyada və Sibirdə rast gəlinir. Qara zirə meşələrdə, dağ ətəyi nahiyələrdə, yol kənarlarında, düzənliklərdə bitir.
Kulinariyada qara zirə toxumlarının üyüdülmüşündən ədviyyat vasitəsi kimi istifadə edilir. Onu souslara, ət, balıq, kartof və kələm məhsullarının bişirilməsi zamanı, makaron məmulatlarının hazırlanmasında istifadə edirlər. 100 qram qara zirənin qida dəyəri:
- Zülallar – 17,8 qr
- Yağlar – 22,2 qr
- Karbohidratlar – 44,2 qr
- Su – 4,2 qr
- Kalori – 375 kKal.
Qara zirə toxumlarının tərkibi faydalı maddələrlə zəngindir. Onun tərkibində qidalandırıcı elementlər və çoxlu yağ turşuları var. Qara zirə toxumunun tərkibində 10-a yaxın element var. Müasir həkimlər qara zirənin insan orqanizmi üçün çox faydalı olduğuna söyləyirlər. Bunun səbəbi isə Qara zirə toxumunun tərkibində bioloji aktiv maddələrin miqdarının çox olmasıdıdr. Qara zirə toxumu iltihab əleyhinə, bakteriasid, göbələk əleyhinə, sidikqovucu, parazit əleyhinə, spazmolitik, ağrıkəsici, ödqovucu təsirə malikdir. Onu qəbul etmək orqanizmin tonusunu yüksəldir, insanın əmək qabiliyyətini artırır, əqli və zehni fəaliyyəti yaxşılaşdırır, allergiya reaksiyalarını aradan qaldırır və immuniteti yüksəldir. Qara zirə yaddaşı gücləndirir. Bu məqsədlə gün ərzində 3 qram zirə toxumunu 1 çay qaşığı bala qarışdırıb içmək lazımdır.
Sızanaqları sağaltmaq, xallardan xilas olmaq üçün, keçəlləşməni aradan qaldırmaq məqsədilə qara zirə toxumunu alma sirkəsi ilə qarışdırıb dəriyə sürtmək çox faydalıdır.
Baş hərlənməsi zamanı qara zirə toxumlarından alınmış yağı çaya əlavə edib içmək lazımdır.
Acqarına qara zirə toxumları yemək dərinin təmizlənməsinə və rənginin gözəlləşməsinə səbəb olur. O bir çox dəri xəstəliklərinin sağalmasına səbəb olur. Bu məqsədlə dəri xəstəliklərinə hər gün az miqdarda qara zirə yağı sürtmək lazımdır. Dəri xəstəliklərinin müalicəsi məqsədilə istifadə elədikdə qara zirə yağını küncüt və ya qoz yağı ilə qarışdırmaq lazımdır.
Davamlı olaraq qara zirə yağı içmək cinsi zəifliyin aradan qalxmasına səbəb olur.
Uzun müddət zirə yağı içmək qadınların dərisini gözəlləşdirir. Qara zirə yağı istifadə eləmək qadınların döşlərini möhkəmləndirir və onların dik durmasına səbəb olur. Bu məqsədlə qara zirə yağını içməklə yanaşı onu döşlərə sürtmək də lazımdır. Qara zirə yağı qadınlarda aybaşının normallaşmasına səbəb olur. Uşaq əmizdirmə zamanı qara zirə yağı içmək döşlərə gələn südün miqdarını artırır.
Davamlı olaraq qara zirə yağı içmək mərkəzi sinir sisteminin möhkəmlənməsinə səbəb olur və yuxunu normallaşdırır. Zirə yağı yuxusuzluğun aradan qalxmasına səbəb olur.
Zirə yağı və toxumları böyrəklərdən daşların tökülməsinə səbəb olur. O revmatizm və podaqra xəstəliklərinin əlamətlərini azaldır.
Daimi olaraq gözlərdən yaş axdıqda qara zirə yağı və portağal şirəsinin qarışımından hazırlanan damcıdan istifadə edilir.
Soyuqlama, tonzillit, bronxit, vərəm və pnevmoniya xəstəlikləri zamanı qara zirə yağından istifadə etmək xəstəliklərin sağalmasını sürətləndirir. Davamlı olaraq zirə yağını və ya toxumunu qidalara əlavə edib yemək damarların təmizlənməsinə, xolesterinin azalmasına, hormonların miqdarının, şəkərin miqdarının normallaşmasına səbəb olur.
Qara zirə mədə şirəsinin və mədənin sekresiya vəzilərinin funksiyasını yaxşılaşdırır. O bağırsaqlara spazmolitik təsir göstərdiyinə görə qəbizliyin və meteorizmin aradan qalxmasına səbəb olur.
Qara zirə toxumlarından əldə edilən efir yağları orqanizmi tonuslandırır və beyinin fəaliyyətini yaxşılaşdırır. O nəfəsi təravətlindirmək qabiliyyətinə malikdir və orqanizmə bəlğəmgətirici təsir göstərir.
Alimlər zirə yağının genetik xərçəng hüceyrələrinə qarşı mübarizə apardığını sübut edib. O orqanizmdə çətin sağalan xəstəliklərin sağalmasını sürətləndirir. 
Mütəxəssislər zirə yasğının dəri xərçəngini 34% sağalda bildiyini sübut ediblər.
Qara zirə orqanizmə babasil əleyhinə və antihistamin təsir göstərir. Bu məqsədlə gün ərzində 30 qram zirə toxumu və ya 15 ml zirə yağını içmək lazımdır.
Qara zirə yağı sonsuzluğun aradan qalxmasına yardım edir. O hormonların miqdarını normallaşdırır, impotensiyanı aradan qaldırır və sonsuzluq xəstəliyinin sağalmasına səbəb olur. Buna səbəb isə kişilərdə testosteron hormonunun yüksəlməsi və spermatogenezə təsir etməsidir.
Arıqlama zamanı qara zirənin faydaları
Son illərin dietasına qara zirə yağı əlavə edilir. O lipid mübadiləsini sürtələndirir və bağırsaqların təmizlənməsinə səbəb olur.
Arıqlama məqsədlilə acqarına və ya səhər yeməyindən sonra zirə qəbul edilir. Bu zaman maddələr mübadiləsi yaxşılaşır və orqanizm artıq çəkidən azad olur. 
Qara zirə orqanizmdən artıq mayenin çıxmasını sürətləndirir.
Bəzi dietoloqlar arıqlamaq istəyənlərə gün ərzində 2 çay qaşığı zirə toxumu yeməyi və onunla birlikdə yarım litr su içməyi məsləhət bilirlər. 
Kosmetologiyada qara zirə
Kosmetologiyada qara zirə tərkibli kremlərdən, skarablardan, şampunlarda istifadə edilir. Bu kremlər dəridəki qırışların açılmasına, dərinin sığallı olmasına, qidalanmasına, rənginin yaxşılaşmasına, cavanlaşmasına səbəb olur. O dərinin qan dövranını yaxşılaşdırır, saç diblərində olan xəstəlikləri sağaldır, saçların tökülməsinin və saçqırılmaların qarşısını alır, keçəlləşmənin aradan qalxmasına səbəb olur.
Qara zirənin zərərli xüsusiyyətləri
Qara zirə ən yaxşı dərman preparatlarından olsa da onun zərərli xüsusiyyətləri də var. Hamilə qadınlara zirədən istifadə eləmək məsləhət görülmür. Bu hormonların miqdarında dəyişikliklərin baş verməsinə səbəb ola bilir ki, bu da hamiləliyə pis təsir edə bilər.
Hamiləlik zamanı qara zirə və ya onun yağından istifadə eləmək həssaslığın artmasına səbəb olur.
Hamiləlik zamanı tərkibində qara zirə və ya onun yağı olan kremlərdən və ya mazlardan da istifadə eləmək patologiyalara səbəb ola bilir. Buna görə də onlardan istifadə etdikdə həkimlə məsləhətləşmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qara zirə yağının bilmədiyiniz faydaları" haqqında müzakirə