Qarğıdalı

  • Müəllif: elnare
  • Tarix: 8 aprel 2018
  • Baxış sayı: 3 362
  • 0 rəy

Qarğıdalı hündür böyüyə bilən taxıl bitkisinin məhsuludur. O birillik məhsul sayılır və hündürlüyü 3 metrə qədər yüksələ bilir.
Qarğıdalı buğda və düyüdən sonra ən vacib sayılan taxıl bitkisidir. Onun toxumları yaz aylarında 10-12* tempratur olan zaman 4-10 sm dərinliyə əkilir və lazım gəldikcə sulanır. 3-4 yarpağı olan zaman onun yerini dəyişib başqa yerə əkmək mümkün olur. Qarğidalı böyüdükcə onun aşağı yarpaqları qırılıb atılmalıdır. Qarğıdalının ən çox tez yetişən növü becərilir. Bu növ qarğıdalı 65-75 günə öz məhsulunu yetişdirmək qabiliyyətinə malik olur. Bu zaman onun meyvəsini bişirib, duzlayıb yemək mümkün olur. Bəzi ölkələrdə qarğıdalı dənələri hətta noxud, şirin bibər, pomidor, qızardılmış soğanla da bişirib yeyiir.
Taxıl bitkilərinə aid olan qarğıdalının 9 botaniki növü vardır. O isti və işıqsevər bitki sayılır və 90-150 gün müddətinə öz ömrünü başa vurur.
Xalq araasında qarğıdalı əkin sahələrinin “şahı” sdayılır.
Qarğıdalıdan un, nişasta, spirt, quş yemi, qarğıdalı yağı alınır. Onun qurumuş dənələrindən isə müxtəlif yeməklər və salatların hazırlanmasında istifadə edilir. Qarğıdalının qida üçün yararsız hissələrindən isə silos, kağız, viskoz və linolium istehsalı üçün geniş istifadə olunur. Qarğıdalı dünyanın bütün əhalisinin ehtiyac duyduğu və istifadə etdiyi qidalardandır. 
100 qram qarğıdalının kKalori dəyəri:
- Zülallar – 3,3 qram
- Yağlar – 1, 4 qram
- Karbohidratlar – 21,7 qram
- Su – 72,8 qram
- Kalori – 123 Kkal.
Qarğıdalının tərkibində olan faydalı maddələr onun müalicəvi tərkibli olmasını təsdiq edir. Tərkibində olan kraxmal isə qarğıdalıda olan B, K, B, D, C vitaminlərinin və fosfor, maqnium, kalium, nikel kimi mikroelementlərin orqanizmə olan faydasını artırır. Qarğıdalının tərkibində müxtəlif efir yağları, filoxinon, pantoten və askorbin turşusu , karotinoid, inozid, sitosterol steroidi, salonin, qlikozidlər, kamedlər var.Qurumuş qarğıdalı toxumlarının tərkibi isə tokoferol,tiamin hidroxlorid, riboflovin, piridoksin, pantoten turşusu, linolen turşusu və çətin tapılan efir yağları ilə zəngindir. Qarğıdalı dənələrinin antioksidant təsirə malik olması alimlər tərəfindən öz təsdiqini tapmışdır. Alimlər davamlı olaraq qarğıdalı yeyən adamlarda insult, diabet və ürək-damar xəstəlikləri riskinin olmadığını söyləyirlər. Buna səbəb isə onun tərkibində yetərincə qida liflərinin, fosforun, E, A vitaminlərinin olmasıdır. Adları çəkilən maddələr isə orqanizmdə mübadiləni yaxşılaşdırır, immun sistemi qaldırır və orqanizmin sağlam olmasını təmin edir.
Dietoloqlar yaşlı adamlara tez-tez qarğıdalı yeməyi məsləhət görür. Onların fikrincə qarğıdalı yemək insanların görmə qabiliyyətini yaxşılaşdırır. Bu məqsədlə körpə qarğıdalıdan istifadə etmək lazımdır. Çünki, onun tərkibi karotinlərlə zəngindir.
Bir ay hər səhər yeməyində 1 xörək qaşığı qarğıdalı yağı içmək orqanizmi astma, miqren və dəri xəstəliklərindən xilas edir. Qarğıdalı yağı öd kisəsinin fəaliyyətini yaxşılaşdırır və onun axmasını sürətləndirir. O öd kisəsinin motor funksiyasını yaxşılaşdırmaqla yanaşı öd kisəsinin divarını möhkəmləndirir.
Qarğıdalı yağının qiymətli xüsusiyyətlərindən biri də onun tərkibində süzülməmiş yağ turşularının və fosfatidlərin olmasıdır. Bu yağın tərkibində orqanizm üçün lazım olan əksər yağ turşularından var. Qarğıdalı yağının tərkibi bioloji aktiv maddələrlə də çox zəngindir. Bu da onun orqanzmdə pis xolesterinin miqdarının aşağı düşməsinə səbəb olan amilərdən biri edir. Qarğıdalı yağından atereslkerozun müalicə və profilaktikasında istifadə edilir. Bunun üçün hər dəfə qida qəbul edən zaman 25 qram qarğıdalı yağı içmək lazımdır. Qarğıdalının orqanizm üçün zərərli olanı modifikasiya yolu ilə yetişdirilənidir. Bu üsulla yetişdirilən qağıdalının özü də, yağı da orqanizm üçün çox zərərlidir. Bu cür qarğıdalı orqanizmə zəhərli təsir göstərir. Alimlər bunu təkidlə söyləsələr də, bəzi ölkələrdə hələ də bu üsulla qarğıdalı yetişdirilir və bu barədə onların qanunlarında heç bir qadağalar yoxdur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qarğıdalı" haqqında müzakirə