Böyrəklər və sidik kisəsi infeksiyaları üçün təbii antibiotik

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 9 979
  • 0 rəy

Böyrəklər və sidik kisəsi infeksiyaları üçün təbii antibiotik
Böyrəklərində və sidik kisəsində infeksion xəstəlikləri olan adamların daima bel nahiyələrində sızıldayıcı ağrılar olur. Analizlər zamanı sidikdə dəyişikliklər, sidiyə çıxanda ağrı və ya yanğı hissinin olması böyrək və sidik kisəsində infeksiyanın olması ehtimalını təsdiqləyir. Arterial təzyiqin olması, tez-tez sidiyə çıxma da böyrəklərdə infeksiyanın olması səbəbindən baş verir.
Xəstəxana şəraitində, həkimin nəzarəti altında bu xəstəliklərin müalicəsi mümkündür. Amma ev şəraitində də təbii vasitələrlə bu infeksiyalardan xilas olmaq mümkündür. Əgər xəstə 10 dəqiqədən bir sidiyə gedirsə, sidiyinin rəngi dəyişibsə və sidik axarlarında yanma hissi varsa, bu sistitin əlamətləridir. Bu əlamətləri təbii vasitələrlə aradan qaldırmaq olar.
– 250 qram cəfəri
– 250 qram limon
– 250 qram bal
– 200 qram zeytun yağı
Hazırlanması:
Cəfərinin kökü və yarpaqları blenderdə üyüdülür, üzərinə limon qabıqlı halda əlavə edilib, yenidən üyüdülür. Üzərinə bal və zeytun yağı tökülüb qarışdırılır. Əldə olunmuş qarışıq soyuducuya qoyulur. Qarışımdan hər səhər acqarına 1 xörək qaşığı içilir. Amma balın təbii bal, limonun isə əsl limon olmağına əmin olmaq lazımdır. Kökundən torpaqdan çıxarılmış cəfərini bol su ilə yuduqdan sonra, bir neçə dəqiqə sodalı suda saxlayıb işlətmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Böyrəklər və sidik kisəsi infeksiyaları üçün təbii antibiotik" haqqında müzakirə