Limon vasitəsilə diz ağrılarından necə xilas olmaq olar?

  • Müəllif: elnare
  • Tarix: 6 may 2017
  • Baxış sayı: 2 465
  • 0 rəy

Limon vasitəsilə diz ağrılarından necə xilas olmaq olar?

Diz insan bədənində hərəkəti idarə etmək üçün vacib olan orqandır. Dizimiz ağrıyanda bizim nəinki yerişimiz, hətta duruşumuz da pozulur. Diz oynağı bizim oturmağımıza, yeriməmizə və qaçmamıza yardım edir. Yaş artdıqca biz yaşlanırıq və orqanizmdə əmələ gələn xəstəliklər və yaşımızla əlaqədar meydana çıxan problemlər dizlərimizə təsirsiz ötüşmür. Bu zaman isə dizlərdə və diz oynaqlarınqa sətrlik və ağrılar meydana çıxmağa başlayır. Aşağıda yazılan xalq təbabəti vasitəsini dizlərinizə tətbiq etsəniz o zaman əmələ gələn sərtlik və ağrını aradan qaldıra bilərsiniz.

Lazım olanlar:

  • * küncüt yağı
  • * 1-2 limon

Hazırlanması:

Küncüt yağı odun üstündə qızdırılır və limonlar xırda hissələrə bölünür. Limonlar pambıq parcaya bükülüb qaynar yağın içərisinı salınır. Sonra yağdan çıxarılıb isti-isti diz oynağı nahiyəsinə qoyulur və polietilenlə sarınıb isti bağlanır. Müalicə 1 həftə edildikdən sonra öz effektini verməyə başlayır.

Müalicənin effektli olmasının səbəbi nədir?

Limon planetin ən faydalı bitkilərindən hesab edilir. Onun tərkibi kalium, maqnium, kalsium, fosfor, fol turşusu, vitamin C və bir çox maddələrlə zəngindir. Bu maddələr də dizlərdə olan artrit, revmatoid artrit və osteoparoz xəstəliklərinin əlamətlərini azaldır. Limonun tərkibində olan efir yağları isə diz oynağına qanın axmasını sürətləndirir və diz oynağında olan sinirləri sakitləşdirir. Küncüt yağı isə diz oynağında olan sərtliyi aradan qaldırır.

Biz sizin üçün faydalı olan bir məsləhət verdik. Məsləhətə əməl etsəniz diz oynağınızda əmələ gələn rahatlaşmanı, ağrının azalmasını və iltihab əlamətlərinin aradan qalxmasının özünüz şahidi olacaqsınız.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Limon vasitəsilə diz ağrılarından necə xilas olmaq olar?" haqqında müzakirə