Bu ucuz dərman vasitəsi dəridəki sızanaqları və digər problemlərini həll etmək qabiliyyətinə malikdir
Vişnevski mazı güclü antiseptic və dezinfeksiyaedici təsirə malık dərman vasitəsidir. Uzun illərdir ki, bu dərman vasitəsindən milyonlarla insan istifadə edir və onun faydasını görür. Vişnevski mazından İkinci Dünya müharibəsi zamanı belə istifadə edilib.
Vişnevski mazı 1927-ci ildə A.B.Vişnevski tərəfindən hazırlanıb. Onun tərkibində kseroform, gənəcərçək yağı, şam qabıqlarından hazırlanmış suspenziya var. Bu qarışım toxumalara qanın axmasını sürətləndirir, dəriyə antiseptic təsir göstərir. Gənəgərçək yağı isə bu qarışımın dəri trəfindən yaxşı sorulmasını təmin edir.
Vişnevski mazı dəridə olan frunkul, karbonkul və digər sızanaqlara təsir göstərir, onların geri sorulmasını təmin edir və dəridə olan digər iltihabi prosesləri aradan qaldırır. Bunun üçün ikiqat tənzifin üzərinə Vişnevski mazı sürtmək və gün boyu dərinin səpgili hissəsində saxlamaq, tənzifi götürdükdən sonra isə həmin nahiyəni spirtlə silmək lazımdır. Bu antibakterial mazı dəri sizanaqlarının üstünə qoyduqdan sonra zəif duzlu su məhlulu ilə silindikdə dəridə inanılmaz sağalma prosesi gedir. Dərinizin gözəl və sağlam görünmsi üçün bu mazdan aşağıdakı qaydada istifadə edin:
1. Üzünüzə sızanaq çıxması təhlükəsi olduqda sızanaq çıxacaq nahiyəyə yatmazdan əvvəl Vişnevski mazı sürtün və üzərini yapışqanla örtün. Səhər mazı tərkibində spirt olan losyonla silin.
2. Bu maz dəri altı toxumada olan iltihabi prosesləri aradan qaldırma qabiliyyətinə malikdir. Bunun üçün hər gecə səhərə qədər və bazar günü sutka boyu bu mazı üzünüzdən əskik etməyin.
3. Ayaqlarınızın dərisində trofik yaralar vardırsa, bu zaman hər axşam ayaqlarınıza tənzifə sürtülmüş Vişnevski mazı qoyun və bağlayın.
4. Şəkərli diabetdən əziyyət çəkənlərin ayaqlarında zədə hiss etdikləri zaman bu mazın istifadəsi yerinə düşür. Çünki bu maz şəkərli diabet xəstələrinin sinir uclarını stimulyasiya edir və aşağı ətraflara qanın yaxşı işləməsini təmin edir.
5. Vişnevski mazı yanıqdan və donmadan əziyyət çəkən dərinin də sağalmasına səbəb olur. Bu səbəbdən də müharibə zamanı Vişnevski mazından çox istifadə edilib.
6. Vişnevski mazı dəridə olan zəif çapıq izlərinin də aradan qalxmasına səbəb olur.
Yuxarıda yazılanları nəzərə alaraq həkimlər hər evin dərman şkafında Vişnevski mazının olmasını məsləhət bilir və ondan düzgün istifadə etməklə dəri problemlərinin aradan qalxmasını əminliklə qeyd edirlər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Bu ucuz dərman vasitəsi dəridəki sızanaqları və digər problemlərini həll etmək qabiliyyətinə malikdir" haqqında müzakirə