Toksikodermiya

  • Müəllif: redaktr
  • Tarix: 7 mart 2017
  • Baxış sayı: 6 085
  • 0 rəy

Toksikodermiya
Toksikodermiya dərinin kəskin iltihabı xəstəliyidir.Xəstəliyin əmələ gəlməsinə aşağıdakılar səbəb olur:
- orqanizmə daxil olan keyfiyyətsiz qidalar
- toksiki maddələr
- bəzi dərman preparatları
Xəstəlik özünü dəridə əmələ gələn allergik reaksiyalarla göstərir.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.
Toksikodermiyanın müalicəsində ilk növbədə diyeta saxlamaq lazımdır.Belə ki,dəridə allergik reaksiyanın əmələ gəlməsinə dərmanlar səbəb olubsa dərman qəbulunu saxlamaq lazımdır.Yox əgər xəstəlik hansısa qida səbəbli meydana çıxıbsa onun qəbulu təcili dayandırılır.Xəstəyə qarın işlədici dərman verilir və ya təmizləyici imalə qoyulur.
Toksikodermiya zamanı xəstəyə antihistamin dərman preparatları təyin edilir,xəstənin venasına həkimin göstərişi ilə 30%-li tiosulfat-natri vurulur.Xəstə gün ərzində 3 dəfə kalsi-xlor içir,kalsi-qlükonat qəbul edilir.Xəstəyə çoxlu su içirilir ,dehidratasya müalicəsi edilir.Həkimin dediklərinə əməl olunduqca dəridə olan intoksikasiya əlamətləri aradan qalxır,şişkinlik azalır.Toxumalara çox su daxil olduqca diurezin miqdarı da artır.Bu səbəbdən də dəridə yığılıb qalmış su orqanizmdən xaric olur.Dehirdrotasiya öz müsbət təsirini göstərir.Belə ki,maye orqanizmə daxil olub sidik vasitəsilə xaric olunduqca orqanizmdə dezintoksikasiya prosesi gedir.
Toksikodermiya zamanı əsas diqqəti xəstədə olan xroniki xəstəliklərə yönəltmək lazımdır.Belə ki,xəstənin həzm sistemini normallaşdırmaq,sinir sisteminə nəzarət eləmək və şəkər xəstəliyinin olub-olmamasını diqqət altında saxlamaq lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Toksikodermiya" haqqında müzakirə