Sidik kisəsinin xərçəngi
Sidik kisəsinin xərçəng xəstəliyi zamanı şiş toxuması xaric edilməsinə baxmayaraqyenidən əmələ gəlir
Əvvəllər sidik kisəsindən şiş toxuması götürülməsinə baxmayaraq xəstəliyin residiv verməsinə tez-tez rast gəlinir. Bunu Qərb Tibbi Araşdırmalar mərkəzinin mütəxəssisləri söyləyirlər.
Mütəxəssislər sidik kisəsindən xüsusi markerin köməyi ilə kəsilib götürülən şiş toxumasının yerinə yeni xərçəng toxumasının gəldiyini söyləyirlər. Mütəxəssislər markerin köməyi ilə şiş kütləsinin götürülməsinə baxmayaraq sidik sisəsinin xərçəngi zamanı da əməliyyatdan sonra kimya terapiyanın olmasını vacib bilir. Hesablmalar sidik kisəsinin xərçəng xəstəliyinin onkoloji xəstəliklər sırasında dördüncü yerdə durduğunu bildirir. Amerikanın Onkoloji Xəstəliklər Mərkəzi hər il təkcə Amerikada 72500 adama sidik kisəsi xərçəngi diaqnozunun qoyulduğunu, 15200 adamın isə bu xəstəlikdən dünyasını dəyişdiyini qeyd edir.Sidik kisəsinin xərçəng xəstəliyi zamanı müalicə məqsədilə kisənin bir hisssəsini şiş toxuması ilə birlikdə götürürlər (sistektamiya). Əksər hallarda sistektamiyadan sonra kimya terapiyası tətbiq edilmir. Bəi hallarda isə bu müalicə yetərincə tətbiq edilmir. Bu zaman sidik kisəsinin qalan hissəsində yenidən şiş toxuması əmələ gəlir. Amma əməliyyatdan sonra lazım olduğu qədər kimya terapiyasının tətbiq edilməsi zamanı xəstəliyin residiv verməsi riski 3 dəfə az olur. Sidik kisəsində əmələ gəln şiş toxumasın digər şiş toxumalarından molekulyar xassələrinə görə fərqlənir. Həkimlər şişin sidik kisəsində yerləşdiyi yerindən və ölçüsündən asılı olmayaraq kimya terapiyasının tam yerinə yetirilməsini məsləhət bilirlər. Çünki patioloji müalicənin düzgün təyin edilməmi kisədə əmələ gələn patoloji şiş toxumasının sonradan daha iri həcmli olmasına səbəb olur. Bu zaman şiş toxuması sidik kisəsinin hüdudlarından çıxır və metastaz verir.
Araşdırmaları aparmaqda məqsəd marker vasitəsilə şişin götürülməsinin xəstələr üçün faydalı olub olmamasını öyrənməkdir. Metastazın əmələ gəlməsində markerlə əməliyyat olunmağın rolunun olması da həkimləri düşündürür və yeni markerlərin kəşfi istiqamətində araşdırmalar aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Sidik kisəsinin xərçəngi" haqqında müzakirə