BİTKİ YAĞLARININ FAYDALARI

  • Müəllif: elnare
  • Tarix: 27 dekabr 2016
  • Baxış sayı: 4 906
  • 0 rəy

BİTKİ YAĞLARININ FAYDALARI.
Buğda yağı:
Buğda yağı hüceyrələrin yeniıəşməsini sürətləndirir, sellüid əleyhinə təsir göstərir, yanıq yaralarına və dəridə olan başqa yaralaraın sağalmasına güclü təsir göstərir.
Zəifləmiş və ucları haçalnmış saçların bərpasında gözəl vasitədir. Üzdə olan günəş ləkələrinə qarşı ləkəaparıcı təsirə malikdir. Tərkibİ B vitaminləri və minerallarla zəngindir. Gündə 1 çay qaşığı içilərsə orqanizmin B qrup vitaminlərə qarşı olan təlabatını ödəyir.
Qoz yağı:
Quru dəriyə yumuşaldıcı və qidalandırıcı təsir göstərir. Təbii dəri nəmləndiricidir. Saç diblərini möhkəmləndirir. Revmatizma xəstəliyində faydası böyükdür. Dərini qoz yağı ilə massaj etdikdə cavanlaşdırır.
Çiyələk yağı:
Gözəl ətri ilə aromaterapiyası əsəb xəstəliklərində xeyirlidir. Bədəni qüvvətləndirir, dəriyə təravət və gözəllik verir. Uzun müddət üz dərisinə sürtülsə dərinin rəngini durulaşdırır. 20 ml çiyələk yağı, 20 ml buğda yağı, 20 ml ərik yağı ilə qaışdırılıb üzə sürtülərsə dəridə əmələ gələn dəyişikliyi özünüz görəcəksiniz.
Çin yağı:
Əsasən Şərq ölkələrində istifadə olunan bu yağ insana rahatlıq verir, əsəblərini sakitləşdirir, ağrıkəsici təsirə malikdir. Çin yağı bütün ağrılara qarşı təsirlidir. Yuxarı tənəffüs yollarının xəstəliklərində öskürəkkəsici təsirəmalikdir.
Ağrıkəsici kimi istifadə edildikdə ağrıyan nahiyəyə massaj edərək sürtülməlidir. Yarım stəkan suya 2 damcı tökülüb gündə 3 dəfə içilərsə öskürəyi kəsər, ürəkbulanmanı aradan qaldırar, bağırsaqlardakı qazları və ağızda qoxunu aradan qaldırır.
Çörəkotu yağı:
Çörəkotu yağı iştah artırıcı, sidik qovucu, uşaq əmizdirən analar üçün südartırıcı təsirə malikdir. Sinusit, revmatizma, qrip xəstəlikləri zamanı müqaviməti artırır, immun sistemi möhkəmləndirir, astma və şəkər xəstəliyində faydalıdır. Gündə 3 dəfə 1 stəkan suya 4-5 damcı çörəkotu yağı damızdırılıb içilsə
yuxarıda sadalanan xəstəliklərlə birlikdə tüklərin dibini də möhkəmləndirir. Sinusit zamanı 1-2 damcı səhər-axşam buruna damızdırılsa bir müddət sonra xəstəliyin əlamətlərinin azaldığı açıq-aşkar nəzərə çarpır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"BİTKİ YAĞLARININ FAYDALARI" haqqında müzakirə