Nevrozun növləri

  • Müəllif: elnare
  • Tarix: 13 yanvar 2017
  • Baxış sayı: 8 131
  • 0 rəy

Nevrozun növləri.
Nevrozun əmələ gəlmə səbəbi psixogen təsirli psixi zədələrdir. Bu fərdə uyğun olaraq dəyişə bilir. Belə ki, mühitin bu və ya başqa gərgin şəraiti həmıya təsir göstərsə də, heç də həmişə nevrozun inkişaf etməsinə səbəb olmur. Xəstəlik halları qorxu və həyəcana meyilli, emosional şəxslərdə baş verir. Nevrozlar orqanizmdə daha çox endokrin dəyişmələr dövründə baş verir. Beynəlxalq təsnifatda nevrozun 8 növü vardır:
– qorxu nevrozu
– isterik nevroz
– nevrotik fobiyalar
– obsessiv-kompulsiv nevroz
– depressiv nevroz
– nevrasteniya
– depressonalizasiya nevrozu
– ipoxaodrik nevroz.
Nevrozun hər bir növündən asılı olaraq gedişinə görə təsnifatı da fərqlidir. Amma hər birinin inkişafdında 3 mərhələ qeyd edilir:
1. Nevrotik reaksiya.
2. Nevrotik hal.
3. Nevrotik inkişaf.
Nevrozun diaqnozunun təsdiq olunması üçün əsas olan meyar aşağıdaklardır:
– Əsəbi gərgin şərait.
Bu zaman psixi fon fərdi əhəmiyyət kəsb edir və xəstəliyin başlanğıcı, onun gedişi ilə sıx əlaqəli olur.
– Diaqnoz.
Şəxsiyyətdə həm klinik üsulla, həm də testlərin köməyi ilə aşkara çıxarılan nevrotik xüsusiyyətlərin olması müəyyən edilir.
– Konfliktin xarakteri.
Bu zaman nevrozun şəxsiyyətlərarası və ya özünəqapanma olması müəyyənləşdirilir. Bunun təyin edilməsi müalicənin gedişinə təkan verir və onu sürətləndirir.
Nevrozların hər bir növünün özünəməsxus əlamətləri və gedişi olur. Bu səbəbdən də onların müalicəsi də fərqli olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Nevrozun növləri" haqqında müzakirə