Yüksək təzyiq zamanı xalq təbabəti

  • Müəllif: elnare
  • Tarix: 26 may 2017
  • Baxış sayı: 4 901
  • 0 rəy

Yüksək təzyiq zamanı xalq təbabəti

Təzyiqi hansı xalq təbabəti vasitələri ilə müalicə etmək olar?

Yüksək təzyiq son illərin ən çox geniş yayılan xəstəliklərindən sayılır. Yüksək arterial təziq müxtəlif xəstəliklər səbəbindən meydana gələ bilir. Bəzən isə yüksək təzyiq heç bir xəstəlik olmadan yanlız sərbəst şəkildə insanları narahat edir. Bu təzyiq xəstəliyi sayılır və xəstədən qayğı və diqqət tələb edir. Aşağıda yüksək təzyiq və onun əmələ gətirdiyi patologiyaları aradan qldıra bilən 5 bitki qarışımından əmələ gələn dəmləmə resepti verilib. Bu dəmləmələr yüksək təzyiqlə yanaşı, nevroz, aritmiya, beyin qan dövranı xəstəlikləri, venoz durğunluq zamanı da çox faydalıdır. Dəmləməni hazırlamaq üçün aptekdən aşağıdakı bitkiləri almaq lazımdır. Dəmləmədə aşağıdakı bitkilərdən və aşağıda göstərildiyi miqdarda istifadə edilir.

  • * pişikotu - 100 qram – 4 paket
  • * evkalipt – 50 qram – 2 paket 
  • * nanə - 25 qram – 1 paket
  • * damotu – 100 qram – 4 paket 
  • * pion – 100 qram – 4 paket
Bitkilər ayrı ayrı dəmlənir və şüşə balona tökülür, içərisnə 10 ədəd mixək atılır. Qarışım ağzı bağlı şəkildə 2 həftə sərin və qaranlıq yerdə saxlanılır.
Qarışımdan gündə 3 dəfə yeməkdən 15-20 dəqiqə qabaq 1 xörək qaşığı içilir. Bir ay bitdikdən sonra 10 gün fasilə verilir və yenidn qəbul edilir.
Bu resept yüksək təzyiqi aşağı salır və təzyiq səbəbindən əmələ gələn patoloji əlamətləri aradan qaldırır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yüksək təzyiq zamanı xalq təbabəti" haqqında müzakirə